Sinəsini böyüdən qadınlar cəzalandırılır - Asiya ölkəsindən qəribə qərar

Şimali Koreyada qanunsuz estetik əməliyyatlarla bağlı yeni qalmaqal yaşanıb. Ölkədə gizli şəkildə sinə böyütmə əməliyyatı aparan həkim saxlanılıb, əməliyyatdan keçən qadınlar isə ciddi cəzalarla üz-üzə qalıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Daily NK” xəbər verir ki, hadisə ötən ay Sarivon şəhərində baş verib.
Mədəniyyət mərkəzində gizli şəkildə həyata keçirilən əməliyyatlarda Çindən gətirilmiş silikonlardan istifadə olunub. Təcrübəsiz həkimin icra etdiyi əməliyyatlardan sonra həm həkim, həm də əməliyyat olunan qadınlar barəsində ictimai məhkəmə işi açılıb.
Məhkəmə qarşısına çıxarılan iki qadın əməliyyatı yalnız “gözəl görünmək” üçün etdirdiklərini desələr də, hakim onları “göstərişə qapılmaqda” və “sosialist sisteminə xəyanət etməkdə” günahlandırıb.
Məlumata görə, Sarivon yerli hakimiyyəti oxşar əməliyyatlardan keçən qadınların müəyyənləşdirilməsi üçün geniş araşdırmaya başlayıb. Şübhəli qadınların xəstəxanalarda fiziki müayinədən keçirildiyi bildirilir.
Beləliklə, Şimali Koreyada estetik əməliyyatlar təkcə qadağan edilmir, həm də “rejimə xəyanət” kimi qiymətləndirilir.
Bəsti Rəfizadə
Sfera.az






