“OpenAI” “TikTok”a rəqib hazırlayıb - Süni intelektlə işləyəcək

Süni zəka nəhəngi “OpenAI” video yaratma modeli “Sora 2” üçün “TikTok”a bənzər yeni bir tətbiq hazırlayıb. Yeni platforma istifadəçilərə tamamilə süni zəka tərəfindən yaradılmış videolar təqdim edəcək.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tətbiqdə “TikTok” kimi sürüşdürülə bilən interfeys və şaquli video axını olacaq.
Lakin platformadakı məzmun istifadəçilərin öz videolarından deyil, “OpenAI”nin süni zəka modeli tərəfindən yaradılacaq. İstifadəçilər bu modeldən istifadə edərək 10 saniyəyə qədər video kliplər hazırlaya biləcəklər.
Tətbiqin diqqət çəkən xüsusiyyətlərindən biri kimlik doğrulama sistemidir. Bu sistem istifadəçilərə öz bənzərliklərini videolarda istifadə etməyə imkan verir. Bir istifadəçinin bənzərliyi videoda istifadə olunanda, klip hələ taslak mərhələsində olsa belə, istifadəçiyə bildiriş göndəriləcək.
“Sora 2” tətbiqi, “Meta”nın “Vibes” və “Google”un “YouTube”a inteqrasiya etdiyi “Veo 3” kimi süni zəka video məhsulları ilə rəqabət aparacaq.
Şirkət daxilində işçilər tərəfindən sınaqdan keçirilən tətbiq müsbət rəylər alıb. Lakin müəllif hüquqları qorunması və digər filtrlər səbəbindən bəzən videoların yaradılması mümkün olmur.
“OpenAI” hazırda modellərini müəllif hüquqları ilə qorunan materiallar üzərində öyrətməsi səbəbi ilə “The New York Times” kimi qurumların açdığı məhkəmə işləri ilə də üzləşib.
Bəsti Rəfizadə
Sfera.az






