Cənubi Koreya "Nuri"ni kosmosa buraxacaq
Cənubi Koreyanın “Nuri” kosmik raketinin dördüncü buraxılışı noyabrın 27-də baş tutacaq.
Sfera.az xəbər verir ki, bu barədə Koreya Kosmik Agentliyi (KASA) məlumat yayıb.
“Peyklərin buraxılışa hazırlıq qrafiki, Naro kosmik mərkəzindəki şərait, hava durumu və kosmik obyektlərlə toqquşma ehtimalı da daxil olmaqla vəziyyətin qiymətləndirilməsindən sonra raketin buraxılış tarixi noyabrın 27-nə təyin olunub”, – deyə KASA bildirib.
Məlumata görə, dəqiq buraxılış vaxtı noyabrın 26-da, starta bir gün qalmış buraxılışa hazırlıq komitəsi tərəfindən müəyyənləşdiriləcək. Hazırda buraxılış yerli vaxtla 00:54–01:14 intervalında (Bakı vaxtı ilə 18:54–19:14, 26 noyabr) Naro kosmik mərkəzindən həyata keçirilməsi planlaşdırılır. Ehtiyac yaranacağı halda isə noyabrın 28-dən dekabrın 4-dək alternativ tarixlər üçün rezerv pəncərə ayrılıb.
Agentlik bildirib ki, raket orbitə 1 əsas və 12 kiçik peyk çıxaracaq. Texniki avadanlıqlar oktyabrın sonunadək kosmik mərkəzə çatdırılacaq.
“Bu, KASA yaradıldıqdan sonra ilk buraxılış olacaq”, – deyə qurumun direktoru Yun Yon Bin vurğulayıb.
Xatırladaq ki, “Nuri” raketinin üçüncü buraxılışı 2023-cü ilin mayında həyata keçirilib.
Niyaz Hacıyev
Sfera.az






