Çin dünyanın ən hündür körpüsünü istifadəyə verdi - FOTO

Çin hökuməti 625 metr hündürlüyü ilə dünyanın ən yüksək körpüsü olan “Huajiang Böyük Kanyon” körpüsünü istifadəyə verib. Körpü 28 sentyabr tarixində Quizhou əyalətində təşkil olunan mərasimlə rəsmi olaraq nəqliyyat üçün açılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 625 metr hündürlüyü ilə rekord qıran “Huajiang” körpüsü, eyni əyalətdəki 565 metrlik “Beipanjiang” körpüsünü geridə qoyub.
Açılış mərasimində mühəndislər, yerli rəsmilər və çoxsaylı vətəndaşlar iştirak edib. Dövlət televiziyası körpünün üzərindən keçən avtomobillərin və buludların arasında yüksələn mavi dəstək dirəklərinin dron görüntülərini canlı yayımlayıb.
Üç il ərzində tamamlanan körpü, iki tərəf arasındakı səyahət müddətini iki saatdan iki dəqiqəyə endirir.
“Huajiang Böyük Kanyon” körpüsü, 1 420 metrlik əsas açılışı ilə “dağlıq ərazilərdə inşa edilmiş ən geniş açılışa sahib körpü” unvanını qazanıb. Hündürlüyü baxımından dünya rekordunu əlində saxlayan körpünün ayaqlarının hündürlüyünə görə rekord isə hələ də Fransadakı “Millau Viyadüğünə” məxsusdur. 343 metrlik bu körpü mühəndislik möcüzələri arasında xüsusi yerini qoruyur.
Bəsti Rəfizadə
Sfera.az







