Boston Universitetinin alimləri maraqlı bir kəşf açıqlayıblar.
Sfera.az xəbər verir ki, onların apardıqları araşdırmaya görə, neytral xatirələrin yaddaşda qalması çox vaxt emosional hadisələrlə əlaqəlidir. Belə ki, əhəmiyyətli və duyğusal hadisədən öncə və ya sonra baş verən adi anlar insan beynində daha güclü şəkildə qorunur.
Məsələn, adi bir günorta yeməyi faciəvi və ya sevincli bir hadisədən sonra uzun illər yadda qalan xatirəyə çevrilə bilər. Tədqiqatçılar deyirlər ki, bu mexanizm beynin emosiya və mükafat sistemləri ilə əlaqəlidir və gələcəkdə yaddaş pozuntularının müalicəsində yeni yanaşmalara yol aça bilər.
Alimlərin qənaətinə görə, yaddaşın bu emosional gücləndirici effekti həm travmaların, həm də xoşbəxt anların insan şüurunda niyə bu qədər dərin iz buraxdığını izah edir.
Fidan Hacızadə
Sfera.az