Zamanla yarışan müharibələr: İnsanlıq tarixində hansı izlər buraxıb? - ARAŞDIRMA

Zamanla yarışan müharibələr: İnsanlıq tarixində hansı izlər buraxıb? - <span style="color:#ff0000">ARAŞDIRMA</span>
Kateqoriya məlum deyil25.09.25, 09:5975 👁️
T

Dünyada insanlıq var olandan bəri daim müharibələr olub. İlk dövrlərdə bu müharibələr xırda və qısamüddətli olsa da, zamanla daha böyük və uzun müddət davam edən müharibələrin sayı artıb. 


Tarixə nəzər saldıqda görürük ki, bəzi müharibələr on illərlə, hətta yüz ildən çox davam edərək tarixdə dağıdıcı izlər buraxıb. 

 

Sfera.az tarixin ən uzun çəkmiş müharibələrindən bəzilərini və onların nəticələrini təqdim edir:


Yüzillik Müharibə (1337–1453)

 

İngiltərə və Fransanın arasında baş vermiş bu müharibə 116 il davam edib. Əsas səbəb İngiltərə kralının Fransada taxt iddiası idi. Döyüşlər və gərgin mübarizə nəticəsində Fransanın torpaqları bərpa olunub, İngiltərə isə qitədəki ərazilərinin böyük hissəsini itirib. Bu müharibə həm də milliyyətçilik duyğusunun formalaşmasına səbəb olub.


Otuzillik Müharibə (1618–1648)

 

Avropanı sarsıtmış bu 30 illik qarşıdurma əsasən Almaniya ərazisində baş verib və dini, həmçinin siyasi səbəblərdən qaynaqlanıb. Müharibənin sonunda Vestfaliya sülhü ilə dövlətlərin suverenliyi prinsipi güclənib, alman torpaqları isə ağır dağıntılarla üzləşib.

 

Hollandiya Müstəqillik Müharibəsi (1568–1648)

 

Niderland və İspaniya arasında 80 il davam edən müharibə, İspan hakimiyyətinə və Katolik təzyiqlərə qarşı aparılıb. Müharibənin sonunda Niderland müstəqillik qazanıb və ticarət gücü olaraq Avropada önəmli mövqeyə yüksəlib.


Vietnam Müharibəsi (1955–1975)

 

Şimali və Cənubi Vyetnam arasında baş vermiş və ABŞ-ın müdaxiləsi ilə daha da genişlənmiş bu 20 illik münaqişə, ölkənin kommunist hakimiyyət altında birləşməsi ilə sona çatıb. ABŞ üçün isə hərbi uğursuzluq və etiraz dalğaları ilə yadda qalıb.


Əfqanıstan Müharibəsi (1978–2021)

 

43 il davam edən bu münaqişə Sovet İttifaqı müdaxiləsi ilə başlayıb, sonrakı illərdə Taliban və Qərb qüvvələrinin iştirakı ilə genişlənib. Müharibənin nəticəsində Taliban yenidən hakimiyyətə qayıdıb və ölkədə humanitar böhran dərinləşib.


Tarixin uzunmüddətli müharibələri göstərir ki, insanlıq üçün ən böyük zərbələr yalnız döyüş meydanında deyil, həm də sosial, iqtisadi və siyasi sahələrdə baş verir. Bu münaqişələr həm dövlət sərhədlərini, həm də insan həyatını əbədi dəyişdirib.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...