Danimarkada uçan obyektlər qeydə alınıb

Danimarkada uçan obyektlər qeydə alınıb
Kateqoriya məlum deyil25.09.25, 07:2584 👁️
T

Danimarkanın müxtəlif bölgələrində naməlum obyektlərin hərəkəti müşahidə olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" ölkə polisinin məlumatına istinadla xəbər yayıb.

 

Polis "Aalborq" hava limanı yaxınlığında pilotsuz uçuş aparatlarının aşkarlandığını təsdiqləyib. Hüquq-mühafizə orqanları həmçinin Sennerborq, Skridstrup və Esbyorq şəhərlərindəki aerodromların yaxınlığında da oxşar halların qeydə alındığını açıqlayıb.


Bundan əlavə, polisin məlumatına görə, "Aalborq" hava limanında yaranan nasazlıqlar Danimarka Silahlı Qüvvələrinin fəaliyyətinə də təsir göstərib. 


Belə ki, yaxınlıqdakı Hərbi Hava Qüvvələri bazası həm hava limanının uçuş-enmə zolağından, həm də dispetçer xidmətindən istifadə edir.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...