ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yaratdığı yeni “Prezidentlərin Şöhrət Yolu”nda əvvəlki liderlərin portretlərini nümayiş etdirib.
Sfera.az xəbər verir ki, Tramp, Co Bayden üçün portret əvəzinə onun prezidentliyi dövründə tez-tez istifadə etdiyi “avtopən” (avtomatik imza cihazı) fotosu yerləşdirilib.
Tramp dəfələrlə Baydeni "avtopə"ndən istifadə etdiyinə görə tənqid edib və iyunda yaydığı memorandumda bu məsələnin araşdırılması üçün istintaq tələb etmişdi. Bayden isə ittihamları rədd edərək qərarları və sənədləri özü imzaladığını bildirib.
Qeyd edək ki, yeni “Prezidentlərin Şöhrət Yolu”nun rəsmi təqdimatı Trampın yaxın günlərdə Ağ Evdə keçirəcəyi tədbirdə baş tutacaq.
Niyaz Hacıyev
Sfera.az