Səhnədə sülh "notları": azərbaycanlı və erməni münsiflər jest etdilər

Səhnədə sülh "notları": azərbaycanlı və erməni münsiflər jest etdilər
Kateqoriya məlum deyil22.09.25, 06:527 👁️
T

Qazaxıstanda keçirilən “Silk Way Star” beynəlxalq musiqi yarışmasında maraqlı anlar qeydə alınıb. 

 

Sfera.az-ın məlumatına görə, Azərbaycanı bu mötəbər yarışmada gənc ifaçı Sabina Zadeh təmsil edib. 


O, səhnədə öz mahnısı olan “Violet Dreams” əsərini ifa edərək tamaşaçıların və münsiflərin rəğbətini qazanıb. Yarışma zamanı diqqət çəkən məqamlardan biri isə erməni münsifin Sabinanın çıxışını yüksək qiymətləndirməsi olub. Belə ki, o, azərbaycanlı iştirakçıya 10 xal verib.


Bundan başqa, ölkəmizi münsif kürsüsündə təmsil edən məşhur müğənni Samira Efendi də eyni addımı ataraq, yarışmada çıxış edən erməni ifaçını 10 xalla dəyərləndirib. Bu qarşılıqlı jest tamaşaçılar tərəfindən sürpriz kimi qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 


Qeyd edək ki, “Silk Way Star” hər il müxtəlif ölkələrdən olan ifaçıları bir araya gətirir və beynəlxalq mədəniyyət əməkdaşlığına töhfə verir.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...