Avropanın uzun və qısa ömürlü xalqları - Müqayisə

Avropanın uzun və qısa ömürlü xalqları - Müqayisə
Kateqoriya məlum deyil
T

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqında (Aİ) ömür uzunluğuna dair 2024-cü il məlumatlarını açıqlayıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hesabata görə, Aİ-də orta ömür uzunluğu 81,7 ilə yüksəlib. Bu göstərici 2023-cü illə müqayisədə 0,3 il artaraq qitədə uzunmüddətli artım tendensiyasını təsdiqləyib.


Statistikaya əsasən, Aİ-nin 15 ölkəsində ömür uzunluğu orta göstəricidən yüksək olub. Siyahının liderləri 84,1 yaşla İtaliya və İsveçdir. İspaniya isə 84 yaşla üçüncü yerdə qərarlaşıb.


Ən aşağı ömür uzunluğu Bolqarıstanda qeydə alınıb – 75,9 il. Bu ölkəni 76,6 illə Rumıniya, 76,7 illə isə Latviya izləyib.


COVID-19 pandemiyasından sonra əksər ölkələrdə ömür uzunluğunda artım müşahidə olunub. 26 Aİ ölkəsindən 24-də göstəricilər yüksəlib. Ən diqqətçəkən artım 1,1 illə Litvaniyada qeydə alınıb. Çexiya, Latviya və Rumıniyada da birillik yaxşılaşma müşahidə edilib.


Niderlandda ömür uzunluğu 0,2 il azalıb, İspaniyada dəyişiklik olmayıb, Fransada isə cəmi 0,1 il artım qeydə alınıb. Ümumilikdə hesabat Aİ-də ömür uzunluğunun sabit şəkildə artdığını göstərir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR