Logo

Qadın və kişi eyni duyğuları yaşayır - TƏDQİQAT

Qadın və kişi eyni duyğuları yaşayır - TƏDQİQAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Psixoloqların və nevroloqların apardığı araşdırmalar qadın və kişilərin emosional dünyasında oxşarlıqların olduğunu ortaya qoyub.

Sfera.az xəbər verir ki, hər iki cins sevinc, kədər, hirs, qorxu və digər əsas duyğuları eyni şəkildə keçirir.

Alimlər bildirirlər ki, fərqliliklər daha çox emosiyaların ifadə olunmasında müşahidə edilir. Qadınlar hisslərini daha açıq şəkildə göstərməyə meyllidirlər, kişilər isə sosial və mədəni səbəblərdən duyğularını gizlətməyə üstünlük verirlər.

Bəzi araşdırmalarda qadınların mənfi emosiyaları daha intensiv hiss etdikləri, eyni zamanda empatiya və başqalarının hisslərini anlama qabiliyyətində daha yüksək nəticələr göstərdikləri qeyd olunur. Bununla yanaşı, fizioloji reaksiyalarda- ürək döyüntüsü, üz əzələlərinin hərəkəti və bədən reaksiyalarında fərqliliklərin az olduğu vurğulanır.

Mütəxəssislər hesab edirlər ki, qadın və kişilər arasında duyğu fərqləri bioloji səbəblərdən daha çox, mədəniyyət və sosial rollarla bağlıdır. Hər iki cins eyni duyğuları yaşayır, lakin onları fərqli şəkildə ifadə edir.

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR