Toyda gizli "qonaq": Həqiqət dörd il sonra ortaya çıxdı

Toyda gizli "qonaq": Həqiqət dörd il sonra ortaya çıxdı
Kateqoriya məlum deyil12.09.25, 17:002 👁️
T

Şotlandiyada Mişel Uaylinin toy fotolarında təsadüfən peyda olan sirli adamın hekayəsi dörd il sonra üzə çıxıb.
İngilis qadın fotonu “Facebook”da yerləşdirmək qərarına gələnə qədər sirr açılmamış qalıb.

 

Sfera.az bildirir ki, Mişel 38 yaşlı sevgilisi Con ilə 2021-ci ilin noyabrında “Carlton” otelində evlənib. Cütlük mərasimdən ilk fotoşəkillər çəkdirdikdə koridorda dayanan yad adam görüblər. Adam hətta ümumi toy fotosessiyasına da girib. Nə ailəsi, nə də dostları onu tanıya bilməyib.

 

"Şəkilləri görən kimi dərhal diqqətimi çəkdi. Ailəmlə müzakirə etdik: "Kim ola bilərdi?" - amma heç kim bilmədi"- deyə Mişel bildirib.

 

Mişel “Facebook”da şəkil yerləşdirmək qərarına gələnə qədər sirr təxminən dörd il ərzində açılmamış qalıb. Yazı qısa zamanda istifadəçilərin diqqətini çəkib və tezliklə “sirli qonaq” özü də buna cavab verib. Onun 33 yaşlı şotlandiyalı rəssam və dekorator Endryu Helliman olduğu üzə çıxıb.

 

Məlum olub ki, Endryu həmin gün sevgilisi Mixaelanın rəfiqəsinin toyuna gedirmiş, lakin yanlış yerə gəlib çıxlb. Onun yoldaşı daha əvvəl gəlinə kömək etməyə gedib və Endryu toya ondan daha gec gəlməli imiş. Lazımi mərasim başqa yerdə - “Great Western Hotel”də keçirilsə də, o, səhvən “Carlton” otelinə gəlib.

 

"İçəri girdim, heç kimi tanımırdım, amma fikirləşdim ki, bəlkə hələ gəlməyiblər. Sonra musiqi başladı, hamı ayağa qalxdı, arxaya çevrildi və mən başa düşdüm ki, bu başqa gəlindir! Amma bəy-gəlin koridorda olanda birdən qalxıb getmək etik sayılmazdı, ona görə də iyirmi dəqiqə daha oturdum, fərqlənməməyə çalışdım"- deyə fotodakı Endryu xatırlayır.

 

Mərasimdən sonra Endryu tələsik uzaqlaşıb, bir neçə zəng edib və nəhayət, lazımi toya çatıb. Bütün bu müddət ərzində isə Mişel onların ailə şənliyində bu çağırılmamış qonağın kim olduğu ilə bağlı çaşqınlıq içində olub.

 

Bu günlərdə keçmiş gəlin və onun təsadüfi “qonağı” şəxsən görüşərək gülməli anı təbəssümlə müzakirə ediblər. 

 

"Mən gülməyi dayandıra bilmirdim. Günümüz artıq xüsusi idi, lakin bu hekayə onu daha da unudulmaz etdi"-deyə Mişel etiraf edib.

 

AYNİL

PAYLAŞ
Sehliyali
Yüklənir...