Süni intellekt nazir təyin edildi - İlk dəfə

Dünyada ilk dəfə olaraq süni intelekt subyekti nazir vəzifəsinə təyin edilib. Albaniya Baş naziri Edi Rama korrupsiyaya qarşı radikal addım ataraq süni intellekt dəstəkli rəqəmsal köməkçi Diellayı Korrupsiyaya Qarşı Mübarizə Nazirinin vəzifəsinə təyin edib.
Sfera.az xəbər verir ki, yanvar ayından vətəndaşlara onlayn xidmətlərdə kömək edən Diella artıq dövlət tenderlərini idarə edəcək və prosesləri tam şəffaf, korrupsiyadan uzaq şəkildə həyata keçirəcək.
Baş nazir Rama bu addımı “süni intellekt korrupsiya edə bilməz” şərhi ilə müdafiə edib.
Diella ənənəvi albaniyalı geyimində qadın fiquru kimi təqdim olunub, lakin vizual kimliyinin gələcəkdə necə olacağı hələ məlum deyil. Müxaliflər isə süni intellektin manipulyasiya olunma ehtimalına görə narahatlıqlarını bildirirlər.
Albaniya 2030-cu ilə qədər Avropa İttifaqına üzvlük hədəfləyir və korrupsiyaya qarşı bu addımı ölkənin bu hədəfini dəstəkləyən strateji addım kimi qiymətləndirir.
Niyaz Hacıyev






