Amerikalı bir qadın öz hekayəsi ilə hər kəsi heyrətləndirib.
Sfera.az bildirir ki, sözügedən qız hekayəsini Vyetnam müharibəsinin nəticələri və kimyəvi “Orange Agent” ilə əlaqələndirib. Gənc qadın etiraf edib ki, valideynləri onu hələ altı yaşında olarkən “rinoplastika” əməliyyatına aparıblar. Səbəb isə qızın burnunda iri xoşxassəli hemangiomanın olması olub. Bu, həyat üçün təhlükə olmasa da, burnundan qanaxmalara səbəb olan və uşağı gülüş obyektinə çevirən şiş imiş.
"Valideynlərim məni altı yaşım olanda əməliyyat etdirdilər. Düşündülər ki, bu, məni daha yaxşı göstərəcək, mənə daha az sataşacaqlar və daimi qanaxma dayanacaq".
Qadın uzun illər xarici görünüşü ilə bağlı güclü komplekslərə malik olduğunu və uşaqlıq fotolarından utandığını etiraf edib. Lakin o, sonradan daha geniş kontekst - Vyetnam müharibəsinin mümkün nəticələrini göstərmək üçün hekayəni bölüşmək qərarına gəlib.
Vyetnam müharibəsi zamanı (1955-1975) ABŞ meşələri və əkinləri məhv etmək üçün zəhərli herbisid “Agent Orange”dan istifadə edib. Nəticədə ciddi xəstəliklərin kütləvi şəkildə ortaya çıxması olub: xərçəng, şəkərli diabet, Parkinson xəstəliyi, yeni doğulmuş körpələrdə anadangəlmə qüsurlar. Kimyəvi maddə həm Vyetnam, həm də Amerika veteranlarına təsir edib və maddənin təsiri sonrakı nəsillər tərəfindən də hiss olunur.
Qadın valideynlərinin müharibə zamanı Vyetnamda yaşadığını və “Agent Orange”yə məruz qaldığını bildirib.
"Hemangiomanın buna görə yarandığını deyə bilmərəm. Amma demək istəyirəm ki, sonradan əziyyət çəkənlər nəticələrini sonrakı nəsillərə ötürüblər. Heç iştirak etmədiyim müharibə indi də içimdə yaşayır". Onun videosu viral olub və iki milyondan çox baxış toplayıb. Digər insanlar da öz hekayələrini paylaşıblar: "Vyetnam veteranı olan babam Agent Orange tərəfindən törədilən xərçəngdən öldü. Bu barədə danışdığınız üçün təşəkkür edirəm".
Digəri isə deyib ki, əmisi kimyəvi maddəyə məruz qaldığı üçün anadangəlmə kar və kor olub. Başqa bir şəxs isə: "Mən də burnumda hemangioma ilə doğulmuşam. Şotlandiya yaşadığım ərazidə Çernobıl fəlakətindən zərər çəkmişəm".
Aynil