Logo

Bu məktub 400 min dollara satılacaq

Bu məktub 400 min dollara satılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur ingilis yazıçısı Ceyn Ostenin bacısına ünvanladığı məktub oktyabr ayında Nyu-Yorkda “Sotheby’s” hərrac evində satışa çıxarılacaq. Məktubun 400 min dollara qədər qiymətləndirildiyi bildirilir.

Sfera.az “CNN”ə istinadən xəbər verir ki, romantik sevgi mövzularına həsr olunan əsərləri ilə tanınan yazıçının bacısı ilə münasibətləri də diqqətçəkici olub. Xüsusilə də bacısı Kassandra ilə yazışmaları onların sıx emosional və intellektual bağlarını üzə çıxarır.

“Sotheby’s”in Nyu-Yorkdakı Kitablar və Əlyazmalar şöbəsinin rəhbəri Kalika Sands qeyd edib ki, məktub Ceyn və Kassandranın yaxın münasibətini əks etdirən mühüm nümunələrdəndir: “Onların inanılmaz dərəcədə güclü emosional və intellektual bağları vardı. Bu, məktublarda açıq şəkildə görünür”.

Həmin məktubda yazıçı Vannada keçirdiyi günlərdən danışır, qonşular və qohumlar barədə dedi-qodular edir, ailə xəbərləri ilə bölüşür, bacısının səhhətini zarafatla müzakirə edir və sosial statuslarının zəifləməsindən gileylənir.

Qeyd edək ki, Ceyn və Kassandra heç vaxt evlənməyiblər və yazıçının 41 yaşında ölümünə qədər bir-birlərinin ən yaxın sirdaşı olaraq qalıblar. Onun sağlığında çəkilmiş yeganə portreti də məhz Kassandra tərəfindən hazırlanıb. Daha sonra o, bacısının bir çox məktublarını məhv edib.

Mütəxəssislər bunu Ceyn Ostenin irsini qorumaq üçün atılmış addım kimi qiymətləndirirlər.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR