Ekranı fırlanan noutbuk hazırlanıb - FOTO

Ekranı fırlanan noutbuk hazırlanıb - FOTO
Kateqoriya məlum deyil
T

Berlində keçirilən “IFA 2025” sərgisində “Lenovo” unikal dizayna malik “ThinkBook VertiFlex” noutbukunu nümayiş etdirib. 

 

Sfera.az “The Verge” nəşrinə istinadən xəbər verir ki, cihazın əsas özəlliyi 90 dərəcə dönə bilən və portret rejimində işləyə bilən displeydir.

 

“VertiFlex” zahirən klassik 14 düymlük iş noutbukuna bənzəsə də, istifadəçi yuxarı sağ küncdəki hissəni basdıqda ekran korpus daxilində fırlanaraq şaquli vəziyyət alır. Şirkətin açıqlamasına görə, bu həll xüsusilə xarici monitorla işləyərkən, həmçinin “Android” smartfonlarının idarəsi və fayl ötürülməsini asanlaşdıran “Lenovo Smart Connect” əlavəsi ilə inteqrasiya zamanı effektivdir.

 

Hazırda noutbukun dəqiq texniki göstəriciləri açıqlanmasa da, prototipdə iki “Thunderbolt” portu, bir “USB-A”, “HDMI”çıxışı və 3,5 mm qulaqlıq girişi mövcuddur. Qurğunun qalınlığı 17,9 mm, çəkisi isə 1,39 kq təşkil edir.

 

Lenovo bildirib ki, “VertiFlex” konsepti müxtəlif forma faktorlarına uyğunlaşdırıla bilər və sadə dizaynı onun gələcəkdə seriyalı məhsula çevrilmə ehtimalını artırır. Bununla belə, cihazın satışa çıxarılma tarixi hələlik məlum deyil.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR