Bir qızın jestinin monarxiyanı xilas etməsi – Maraqlı hadisə

Bir qızın jestinin monarxiyanı xilas etməsi &ndash; <span style="color:#ff0000">Maraqlı hadisə</span>
Kateqoriya məlum deyil04.09.25, 16:362 👁️
T

1997-ci il 31 avqust gecəsi Şahzadə Diana Parisdə avtomobil qəzasında həlak oldu. Bu faciə yalnız Britaniya xalqını deyil, bütün dünyanı sarsıtdı və Britaniya monarxiyasını ciddi böhranla üz-üzə qoydu.

 

Sfera.az xatırladır ki, Diananın ölümündən sonra "Bukingem" Sarayı qısa bir bəyanat yaydı, lakin ictimaiyyət simvolik jestlərin olmamasından narazı qaldı.

 

Xüsusilə, sarayın üzərində bayrağın endirilməməsi böyük qəzəb doğurdu. Ənənəyə görə, yalnız kral standartı iqamətgahın üzərində dalğalanır və heç vaxt endirilmir — bu, monarxın daimi mövcudluğunu simvollaşdırır.

 

Kraliça II Elizabetin Londona qayıtmaq əvəzinə Şotlandiyadakı Balmoralda qalması isə ictimai narazılığı daha da artırdı. Baş nazir Toni Bleyer və digər siyasətçilər şahzadə Çarlz vasitəsilə Kraliçanı ictimaiyyət qarşısına çıxmağa razı salmağa çalışırdılar. Bioqrafların fikrincə, Elizabet o zaman ictimai imicindən çox, nəvələri Uilyam və Harriyə diqqət yetirirdi.

 

Artan təzyiqlər nəticəsində Kraliça kompromisə getdi. Paytaxta qayıtdı, bayraq endirildi və 5 sentyabrda televiziya vasitəsilə xalqa müraciət etdi — bu, onun 50 illik hakimiyyəti dövründə ilk canlı çıxışı idi.

 

Kraliça və Şahzadə Filip Bukingem Sarayının qarşısında toplanmış izdihamla görüşdülər. Həmin gün sarayın ətrafında 60 milyon gül buketi toplanmışdı. Təkcə sarayların yaxınlığında 10-15 ton arasında gül qalmışdı və bu hadisə Ginnesin Rekordlar Kitabına düşdü.

 

İzdiham arasında 11 yaşlı məktəbli Keti Cons əlində beş qırmızı qızılgül tuturdu. Kraliça ona gülləri abidəyə qoyub-qoymayacağını soruşduqda, qız cavab verdi:

 

“Xeyr, əlahəzrət. Bunlar sizin üçündür”.

 

Bu sadə, lakin dərin mənalı sözlər izdihamın münasibətini dəyişdi. Bir neçə dəqiqə əvvəl soyuq olan atmosfer alqışlarla əvəz olundu. Kraliça bu jestdən təsirləndi. Keti sonradan etiraf etdi ki, gülləri verməzdən əvvəl əlləri titrəyirdi və Kraliçaya demişdi:

 

“Düşünürəm ki, nəvələrinin yanında qalmaqla düzgün hərəkət etdin. Anam ölsəydi, mən də nənəmin orada olmasını istərdim”.

 

Bu sözlər Kraliçanı dərindən sarsıtdı. Həmin həftə Elizabet görünməmiş addım ataraq mətbuat katibinə televiziyada çıxış etməyə icazə verdi və xalqa birbaşa müraciət etdi. O, Diananı “müstəsna və istedadlı insan” adlandırdı və bir nənə kimi hər kəsin kədərinə şərik olduğunu bildirdi.

 

Kraliçanın bu çıxışı ictimai əhval-ruhiyyəni kökündən dəyişdi. Monarxiya ciddi dəstək itkisinin qarşısını aldı. Bununla belə, ekspertlər qeyd edirlər ki, Diananın ölümü ilə bağlı yaranan böhran kral ailəsinin reputasiyasına uzun müddət təsir göstərdi.

 

Xanım

 

PAYLAŞ
Sehliyali
Yüklənir...