Venesiyadan çox da uzaq olmayan yerdə "Kabus adası" kimi tanınan Poveqlia adası yerləşir. Turistlərə onu ziyarət etmək qəti qadağandır, bu yerin tarixi həqiqətən qorxuludur.
Sfera.az bildirir ki, Poveqlia dünyanın ən məşhur istirahət yerlərindən birinin yanında yerləşir və üç hissədən ibarətdir.
Ada tərk edilmiş olsa da, burada artıq yaşayış olmasa da bir zamanlar burada fəaliyyət göstərən ürpədici həbsxana və xəstəxana qorunub saxlanılıb.
Poveqlianın tərk edilmiş binaları tətil edənlərin adaya getməsinin qadağan edilməsinin əsas səbəbidir. Oradakı kabuslar haqqında şayiələr insanların çoxunu qorxudur.
Ada vəba epidemiyası zamanı məcburi karantin yeri kimi istifadə edilib. Xəstəliyin mümkün əlamətlərini göstərən hər kəs ora bir növ həbsə göndərilirdi. Onların çoxu heç vaxt buradan getməyib.
Ada 1776-cı ildə karantin bazası kimi istifadə edilməyə başlandı, vəba əlamətləri olan insanlar özlərinin razılığı alınmadan məcburi buraya göndərilirdi.
Adanın 7 hektardan bir qədər böyük ərazisində kütləvi məzarlıqlarda 160 min insan basdırılıb ki, bu da adanın ürpədici reputasiyasını gücləndirir.
"Bu gün adanın torpağının 50%-ə qədəri küldən və ölülərin çürümüş cəsədlərindən ibarətdir", - deyə tarixçilər qeyd edir.
Təxminən 100 ildir ki, adanın karantin zonası kimi istifadə edilməsindən sonra onun üzərində qalıqları bu gün də görünən psixiatriya xəstəxanası tikilib.
Böyük Britaniyadan olan iki şəhər tədqiqatçısı qadağanı pozaraq 2020-ci ildə adaya gediblər. Onlar oradakı atmosferin ürpədici olduğunu təsdiqləyirlər:
"Adanın tarixi o qədər qaranlıqdır ki... Dəhşətini hər metrdən hiss etmək olar. O, ruhi xəstəxanaya çevrilib, insanlar ora gözlərdən uzaq həbs edilib və onların üzərində dəhşətli eksperimentlər aparılıb”, - deyə bloqqer Mett Nadin bildirib.
Xanım