İkinci əl mağazadan pencək aldı, cibindən 700 dollar çıxdı

Amerikada ikinci əl mağazasından pencək alan Devid adlı şəxs pencəyin içindən bir neçə yüz dollar məbləğində vəsait tapıb.
Sfera.az bildirir ki, amerikalı adamın hekayəsi viral olub, 23 mindən çox reaksiya toplayıb. O, artıq bir neçə ildir ki, ikinci əl mağazalardakı əşyaların cibini yoxlamaq məsləhətinə əməl edir.
Bir dəfə o, kostyum bölməsini gəzib ciblərə baxmaq qərarına gəlib və təsadüfən pul olan bir zərf tapıb.
"İlk baxışda onların bir növ saxta olduğunu düşündüm. Amma dərhal pencəyi aldım və maşında ona baxmağa başladım. Pencəyin içində 700 dollar var idi", - deyə Devid bildirib.
İçərisində bir bank zərfi və ondan bir-birinin ardınca 100 dollarlıq əskinaslar çıxıb. Əvvəlcə o, 200 dollar tapdığını düşünsə də, məbləğ daha çox olub:
“Mən son vaxtlar çox kasıblamışam və sözün əsl mənasında nəyinsə baş verməsi üçün dua edirdim".
Xanım








