ABŞ-dən olan evsiz adamın həyatı dürüst davranışı hesabına dəyişib. Elmer Alvarez adlı şəxs küçədə tapdığı 10.000 dollarlıq çeki sahibinə qaytardıqdan sonra varlanıb.
Sfera.az bildirir ki, amerikalı evsiz adam bu alicənab davranışına görə ev, təhsil imkanı və yeni iş qazanıb.
Belə ki, ötən il Elmer Alvarez Konnektikut ştatının Nev Haven şəhərində küçədə yüksək məbləğli bir çek tapıb. Yaşadığı çətinliklərə baxmayaraq, onu özündə saxlamaq barədə düşünməyib və sahibini axtarmağa qərar verib.
Çek daşınmaz əmlak agenti xanım Roberta Hoskiyə məxsus olub. Qadın kişinin hərəkətindən heyrətlənib. Mükafat əvəzinə çekin sahibi Elmer Alvarezin yeddiaylıq kirayə haqqını ödəyərək ona kirayə götürməyə kömək edib və sonra daşınmaz əmlak məktəbində təhsilini maliyyələşdirib.
Bu gün Elmer və Roberta evsiz yeniyetmələr və gənclər üçün müvəqqəti ev yaratmaq layihəsi üzərində birgə işləyirlər. Alvarez özü öz təcrübəsini bölüşmək və ehtiyacı olanlara kömək etmək üçün mərkəzdə məsləhətçi olacaq.
"Evsiz qalmağın nə olduğunu bilirəm. Heç kim belə yaşamağa layiq deyil", - deyə o qeyd edib.
Məlum olub ki, Robertanın özü bir vaxtlar evsiz yeniyetmə ana olub, lakin uğurlu biznes qurmağı bacarıb. İndi o, öz təcrübəsindən başqalarına kömək etmək üçün istifadə edir.
Hekayə internetdə də geniş rezonans doğurub. Sosial media istifadəçiləri şəxsi xatirələrini bölüşüb və evsizlərə yeni həyat şansı vermənin vacibliyini vurğulayıblar.
Xanım