“WhatsApp”da yenilik: Mesajlar 1 saat ərzində yox olacaq

Populyar mesajlaşma tətbiqi “WhatsApp”, “Android beta” versiyasında test etdiyi yeni xüsusiyyətlə “yox olan mesajlar” funksiyasına 1 saat və 12 saat kimi qısa müddətlər əlavə etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, “WABetaInfo”nun məlumatına görə, hazırda mövcud olan 24 saatlıq ən qısa müddətə əlavə olaraq, istifadəçilər mesajların göndərildikdən sonra 1 saat və ya 12 saat ərzində avtomatik yox olmasını seçə biləcəklər.
Ekspertlər bildirir ki, 1 saatlıq seçim həssas məlumatların paylaşılması üçün nəzərdə tutulub, lakin geri sayım mesaj alıcı tərəfindən oxunmadan başladığı üçün mesajın oxunmadan yox olma riski mövcuddur. “WhatsApp” bu çatışmazlıq barədə istifadəçiləri xəbərdar edəcək. 12 saatlıq seçim isə daha uzun müddətli planlaşdırma və gündəlik ünsiyyət üçün gizlilik və rahatlıq arasında balans yaratmaq məqsədi daşıyır. Tətbiqin bu yeniləməni rəsmi olaraq bütün istifadəçilərə nə zaman təqdim edəcəyi hələ məlum deyil.
Bəsti Rəfizadə
Sfera.az





