“Nestle” şirkətinin baş direktoru Loren Freyks (Lauren Frakes) bir həmkarı ilə gizli münasibətinə görə vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, Freyks özündən yaşca kiçik olan əməkdaşı ilə münasibətini gizlətməyə çalışıb. O, şirkətdə 40 ildən artıq müddət ərzində çalışsa da, baş direktor vəzifəsini cəmi bir il icra edib.
63 yaşlı Loren Freyks “KitKat” brendinin istehsalçısı olan “Nestle”də bir sıra qalmaqallardan sonra sabitliyi təmin etmək məqsədilə 2024-cü ilin sentyabrında baş direktor təyin olunmuşdu. Lakin idarə heyəti onun birbaşa tabeliyində olan əməkdaşla gizli romantik əlaqəsini aşkar etdikdən sonra işdən çıxarılmasına qərar verib.
İdarə heyətinin sədri Paul Bulke məsələ ilə bağlı açıqlamasında bildirib:
“Bu, zəruri qərar idi. ‘Nestle"nin dəyərləri və korporativ idarəetmə prinsipləri bizim üçün möhkəm təməldir. Lorenə şirkətdəki uzun illər ərzində göstərdiyi xidmətlərə görə təşəkkür edirik”.
Şirkət Freyksin işdən çıxmaa görə müavinət almayacağını açıqlasa da, bonus ödənişi ilə bağlı məlumat verməkdən imtina edib. Onun sələfi Mark Şnayder 9,6 milyon İsveçrə frankı məvacib almışdı və Freyksin də təxminən bu miqdarda qazanc əldə edəcəyi gözlənilir. Bundan əlavə, Loren Freyks şirkətdəki fəaliyyəti dövründə 2,7 milyon funt-sterlinqdən bir qədər çox dəyəri olan 40,000-dən artıq “Nestle” səhminə sahib olub.
Qeyd edək ki, bu cür hallar daha əvvəl də baş vermişdi. “BP” şirkətinin keçmiş rəhbəri Bernard Looney 2023-cü ildə bir həmkarı ilə münasibətinə görə istefa verərək 32 milyon funt-sterlinqə qədər maaş və bonuslardan məhrum edilmişdi. “McDonald's”ın keçmiş CEO-su Stiv İsterbruk da bir işçi ilə gizli münasibətinə görə vəzifəsini tərk etmək məcburiyyətində qalmışdı.
“Quality Street” və “Milkybar” kimi məşhur brendlərin sahibi olan “Nestlé” şirkəti Loren Freyksin yerinə Philippe Navratili təyin edib. Navratil 2001-ci ildən şirkətdə çalışır və son olaraq “Nespresso” bölməsinə rəhbərlik edib.
Xanım