Bahalı üzük tapan 10 yaşlı uşaqdan təsirli addım

Bahalı üzük tapan 10 yaşlı uşaqdan təsirli addım
Kateqoriya məlum deyil
T

ABŞ-ın Missuri ştatında yaşayan 10 yaşlı Kal Blank mağazanın dayanacağında brilyant qaşlı toy üzüyü tapıb. O, üzüyü sahibinə qaytarıb, həm də hər kəsin qəlbinə toxunan məktub yazaraq bu jesti unudulmaz edib. Zinət əşyasını cilalayıb, xüsusi qutuya yerləşdirən Kal, insanlıq nümunəsi göstərib.

 

Sfera.az xəbər verir ki, Kal Blank səhər saatlarında atasının müşayiəti ilə alış-verişə gedərkən üzüyü tapıb.

 

Evə qayıtdıqdan sonra üzüyü anası, ixtisasca həkim olan Kelli ilə bölüşüb. 


Kelli həmin anı belə xatırlayır:

 

“O, üzüyü əlimə qoydu. Əlim az qala yerə dəyəcəkdi. Fikirləşdim ki, bu gözəl üzükdür və kimsə onu itirdiyi üçün özünü çox əskik hiss edir”.

 

20 min dollarlıq xatirə

 

Üzüyün sahibi, Mae Pretzel zinət əşyasının barmağında olmadığını fərq etdikdə dərin sarsıntı keçirib. Təxminən 20 000 dollar dəyərində olan bu üzük cütlüyün həyatında mühüm mərhələni simvolizə edirdi.

 

“Mən yaxınlarda əməliyyat keçirmişdim və arıqlamışdım. Mağazada arabanı döndərərkən üzük barmağımdan sürüşüb”, - deyə Mae bildirib.

 

Üzüyün üzərindəki almaz, 50 il əvvəl nişanlanarkən həyat yoldaşı tərəfindən ona hədiyyə edilmiş orijinal daşdır. Onilliklər ərzində üzük bir neçə dəfə yenidən bərpa olunub və ailə üçün böyük sentimental dəyərə malikdir.

 

Xanım

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR