Logo

Tramp Oval Ofisi qızılla bəzədi – FOTOLAR

Tramp Oval Ofisi qızılla bəzədi – FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Trampın Oval Ofisdə etdiyi dəyişikliklər ictimaiyyətin diqqətini çəkib. Ağ Evin ənənəvi sadə görünüşünü dəyişən Tramp, otağı qızıl rəngli detallarla bəzəyib.

Sfera.az xəbər verir ki, Tramp “Fox News”ə açıqlamasında otağın yeni görkəmini müdafiə edərək, "otağa bir az həyat lazım idi” sözlərini işlədib.

Məlumata görə, aylar ərzində tavan, qapı çərçivələri və hətta qapılardakı mələk fiqurları belə qızılı rəngə boyanıb. Masanın üzərində qızıl qədəhlər, vazalar və Tramp imzalı stəkanaltılar yerləşdirilib. Ağ Ev sözçüsü bütün xərclərin prezidentin şəxsi hesabından qarşılandığını bildirib.

Dəyişikliklər ictimaiyyətdə fərqli reaksiyalara yol açıb.

Bəzi dairələr Oval Ofisin yeni görkəmini “Amerikanın qızıl dövrü” adlandırarkən, digərləri isə “güləşçi soyunma otağı”na bənzədib. Tramp həmçinin divarlardakı tablo sayını artıraraq 20-yə yaxınlaşdırıb. Bayden dövründə bu rəqəm 6, Obama dövründə isə cəmi 2 olub. Otaqda Tramp ailəsinin fotoları, “Müstəqillik Bəyannaməsi”nin nüsxəsi və qonaqlardan gələn hədiyyələr, o cümlədən “FİFA Dünya Kuboku” da diqqət çəkir.

Prezidentin dekorasiya üslubunun ilham mənbəyinin Versal Sarayının məşhur Aynalı Qalereyası olduğu bildirilir. Ağ Ev Trampın dəyişikliklərinə dəstək verərək, Floridadan gətirilən 70 yaşlı dülgər Con İkartın xidmətlərini “qızıl dövr üçün qızıl ofis” kimi dəyərləndirib. Bununla belə, jurnalist Con Kiqan otaqdakı qızılı relyeflərin, Çində “Ali Baba” saytında cəmi bir dollara satılan “köpük aksesuarlarla” oxşarlığına diqqət çəkib.

Beləliklə, Trampın Oval Ofisi qızılla bəzəməsi Ağ Evdə dekorasiya ənənəsini indiyə qədər görünməmiş dərəcədə dəyişib və ABŞ ictimaiyyətində geniş müzakirələr doğurub.

Bəsti Rəfizadə
Sfera.az

Tramp Oval Ofisi qızılla bəzədi – FOTOLAR

Tramp Oval Ofisi qızılla bəzədi – FOTOLAR

Tramp Oval Ofisi qızılla bəzədi – FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR