Limon suyunun ev təmizliyində inanılmaz FAYDASI

Limon suyunun ev təmizliyində inanılmaz <span style="color:#ff0000">FAYDASI</span>
Kateqoriya məlum deyil30.08.25, 12:250 👁️
T

Ev şəraitində ən çox rast gəlinən problemlərdən biri kran və duş başlıqlarında əmələ gələn kirəcdir. Xüsusilə sərt suyun tərkibindəki kalsium və maqnezium mineralları zamanla çökmə yaradaraq xoşagəlməz ləkələrin əmələ gəlməsinə səbəb olur. Həm estetik, həm də gigiyenik baxımdan narahatlıq doğuran bu ləkələrdən qurtulmağın isə sadə və təsirli üsulu var.

 

Sfera.az bizimmedia-ya istinadən xəbər verir ki, ev təmizliyində istifadə edilən vasitələrdən ən effektlisi limon soyudur.


 

Təmizlik üzrə mütəxəssis Şarlott Hyuz bildirib ki, kran və duş başlıqlarındakı kirəcin aradan qaldırılmasında limon suyu ən təsirli təbii vasitələrdən biridir. Limonun yüksək turşuluq dərəcəsi sayəsində kirəc sürətlə həll olunur və səthlər əvvəlki parlaqlığını bərpa edir.

 

Limonun tərkibindəki limon turşusu kirəcin əsasını təşkil edən kalsium karbonatla reaksiyaya girərək çöküntüləri asanlıqla həll edir. Bunun üçün 75 faiz limon suyu və 25 faiz sudan ibarət qarışıq hazırlanır. Yumşaq süngər və ya bez qarışığa batırılaraq kirəc yığılmış hissələrə tətbiq edilir. Məhlulun səthdə təxminən iki dəqiqə qalmasına imkan verilir.


 

Daha sonra ilıq su ilə yaxalanır və həll olunmuş qalıqlar təmizlənir. Sonda isə mikrofiber bezlə qurulamaqla səth əvvəlki parıltısına qovuşur.

 


Bu üsul yalnız kirəci aradan qaldırmır eyni zamanda yeni kirəc yığılmasının qarşısını alır.

PAYLAŞ
Sehliyali
Yüklənir...