Zəhərinin litri 10 milyon dollardır

Elmi adı “Leiurus quinquestriatus” (Deathstalker) olan əqrəb dünyanın ən zəhərli canlılarındandır. Həmin əqrəbin sancması arı sancmasından 100 qat şiddətli olur.
Sfera.az bildirir ki, “Deathstalker” əqrəbin zəhərinin 1 litri 10 milyon dollardır.
Zəhərindən tibbdə, xüsusilə, iltihablı bağırsaq xəstəlikləri, revmatoid artrit (oynaqlarda simmetrik artrit yaradan xronik iltihablı xəstəlik), dağınıq skleroz xəstəliklərinin müalicəsində (sinir sisteminin iltihabi xəstəliyi) istifadə edilir. Zəhərin içərisində xlorotoksin kimi unikal peptidlər var ki, onlar xüsusi olaraq xərçəng hüceyrələrinə bağlanma qabiliyyətinə malikdirlər. Bu xüsusiyyət alimlər tərəfindən cərrahlara şişləri dəqiq müəyyənləşdirməyə və çıxarmağa kömək edə biləcək "molekulyar fənərlər" hazırlamaq üçün istifadə olunur. Onkologiyadan başqa digər birləşmələr də epilepsiya və hətta malyariyanı müalicə etmək potensialına görə öyrənilir.
Firuzə Əliyeva
Sfera.az






