Logo

“Huawei”dən üçqat qatlanan yeni telefon - FOTO

"Huawei"dən üçqat qatlanan yeni telefon - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çinin texnologiya nəhəngi “Huawei” yeni nəsil üçqat qatlanan ağıllı telefonu “Mate XTs”i təqdim etməyə hazırlaşır.

Sfera.az xarici mediaya istinadən xəbər verir  ki, şirkət cihazın rəsmi təqdimatını sentyabrın 4-də Çində keçirəcək.

Maraqlıdır ki, bu təqdimat “Apple”ın “iPhone 17” seriyasını elan etməsindən yalnız bir neçə gün əvvəl baş tutacaq.

Məlumata görə, “Mate XTs”in satış qiyməti təxminən 2 min 100 dollar olacaq. Bu məbləğ əvvəlki modelin 3 min 500 dollarlıq qiyməti ilə müqayisədə daha münasib hesab edilir.

Yeni cihaz ilkin mərhələdə yalnız Çin bazarında satışa çıxarılacaq. Lakin 2026-cı ilin əvvəlindən etibarən daha geniş qlobal təqdimatla digər ölkələrdə də satışa çıxarılması gözlənilir.

Bəsti Rəfizadə
Sfera.az

"Huawei"dən üçqat qatlanan yeni telefon - FOTO

"Huawei"dən üçqat qatlanan yeni telefon - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR