Məşhur telefon modellərinin qiymətləri açıqlandı - RƏQƏMLƏR

2025-ci ilin ikinci yarısı smartfon bazarında böyük rəqabət və texnoloji yeniliklərlə yadda qalır. Dünyanın üç nəhəng brendi — “Apple”, “Google” və “Samsung”eyni dövrdə öz “yeni nəsil” flaqmanlarını təqdim edərək həm dizayn, həm süni intellekt imkanları, həm də kamera texnologiyaları ilə diqqət mərkəzinə düşüblər. Bu modellər yalnız performans baxımından deyil, həm də qiymət seqmentləri ilə bazarda ciddi rəqabət yaradacaq.
Sfera.az xəbər verir ki, “Apple”, yeni “iPhone 17 Pro” modelinin Hindistanda satışının təsdiqləndiyini açıqlayıb. Qlobal təqdimat 9 sentyabr 2025-ci il, Cupertino-dakı "Steve Cobs" teatrında keçiriləcək. Hindistanda qabaqcadan sifarişlər 12 sentyabr, satış isə 19 sentyabr tarixlərində başlanacaq.
“iPhone 17 Pro”
Texniki yenilikləri arasında üçlü 48 MP (əsas, ultra-geniş, periskop telefoto) kamera, 24 MP ön kamera,
A19 Pro çip və 12 GB yaddaş, 120 Hz “ProMotion OLED” ekran, daha böyük batareya mövcuddur.
Qiyməti Hindistanda ₹1,34,999 (təxminən $1,199 ABŞ-dakı qiymətə bərabər) səviyyəsində planlaşdırılır.
“Google Pixel 10 Seriyası”
“Google”-un yeni “Pixel 10” seriyası — “Pixel 10, 10 Pro” və “10 Pro XL”— Aİ əsasında dizayn edilən yeni funksiyaları ilə diqqət çəkir. Real vaxt səs tərcüməsi, Magic Cue (kontekstual köməkçi) və “Add Me” kimi yenilikçi alətlər istifadəyə veriləcək .
Fotoqrafiya sahəsində gemini güclü Fotoqrafiya Koçu kompozisiyanı təkmilləşdirməyə yardım edir, “Pro Res Zoom” sayəsində 100× detal əldə etmək mümkün olur.
Qiymətləri isə standart “Pixel 10”: $1,349,Pixel 10 Pro: $1,699, Pixel 10 Pro XL: $1,999 olaraq dəyişir.
"Samsung Galaxy Z Fold 7"
“Samsung”un 2025-ci ilin ikinci “Galaxy Unpacked” tanıtdığı yeni “Galaxy Z Fold 7” modelində ultra-nazik dizayn, geniş 8″ əsas ekran, yenilənmiş 200 MP əsas kamera və “One UI 8” və “Android 16” ilə təchiz olunmuş yeni Aİ funksiyaları mövcuddur.
Qiymətlər aşağıdakı qaydada başlayır:
Z Fold 7: $1,999,
Z Flip 7: $1,099.99,
Flip 7 FE: $899.
Bu yay və payız 2025-ci ildə smartfon dünyasında ciddi həyəcan və rəqabət hökm sürür. “iPhone 17” ailəsi dizayn və performans yönündən yeniliklər təqdim edir, “Pixel 10”seriyası AI ilə ön plana çıxır, “Galaxy Z Fold 7” isə kreativlikdə liderliyini qoruyur.
Fidan Hacızadə
Sfera.az






