Azərbaycanda ən çox təqaüdü onlar alır - SİYAHI+RƏQƏMLƏR

Azərbaycanda ən çox təqaüdü onlar alır - <span style="color:#ff0000">SİYAHI+RƏQƏMLƏR</span>
Kateqoriya məlum deyil28.08.25, 08:301291 👁️
T

Açıqlanan sonuncu məlumata görə, bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 500 min nəfərə sosial müavinət, 405 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 655 milyon manat, Prezident təqaüdləri üzrə 415 milyon manat ödənilib. Bu ilin 7 ayında 94 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 816 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 

Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu şəxslərə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 1024 manat 69 qəpik, sosial müavinətlər üzrə bir nəfərə düşən orta məbləği 1310 manat olub.

 

Ən yüksək təqaüd məbləğini isə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər alır. Onlara 2200 manat təyin olunub. Bundan başqa, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdü  2000 manat olmaqla yüksək məbləğ hesab olunur. Ən yüksək təqaüdlər arasında üçüncü yerdə 1700 manatla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü gəlir.

 

Digər təqaüd növləri və məbləğləri aşağıdakı kimidir:

 

20 Yanvar şəhidi ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü - 700 manat

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü -  700 manat

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Azərbaycan Respublikası Prezidentinin təqaüdü -  700 manat

 

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü:

 

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə – 600 manat
orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə – 500 manat
orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə  – 400 manat

 

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 250 manat

 

Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 120 manat


1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 330 manat


Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü:

 

Elmlər doktoru elmi dərəcəsinə görə - 500 manat
Fəlsəfə doktoru elmi dərəcəsinə görə - 300 manat


"Xalq" fəxri adına görə aylıq təqaüd - 300 manat

"Əməkdar" fəxri adına görə aylıq təqaüd - 200 manat

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 350 manat

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 120 manat
    
Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 80 manat

 

Qeyd edək ki, Prezident təqaüdü şəxsin müraciət etmə müddətindən  asılı olmayaraq, bu hüququn yarandığı gündən təyin edilir və ödənilir.

 

Xatırladaq ki, ötən ay doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

 

Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

 

Doktorantura səviyyəsi üzrə:

 

- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

 

Ali təhsil müəssisələrində:

 

Magistratura səviyyəsi üzrə:

 

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

 

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

 

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

 

Orta ixtisas təhsili müəssisələrində:

 

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat;

 

Peşə təhsili müəssisələrində:

 

- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat;
- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat;
- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.

 

Həmçinin,  ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 350 manat olub. 

 

Bundan başqa, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev adına təqaüd" təsis edilib. Sərəncama əsasən ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbəyə “Heydər Əliyev adına təqaüd” veriləcək. Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...