Şəxsi köməkçisi Şahzadə Diananın daha bir sirrini açıqladı - FOTO

Şahzadə Diananın keçmiş şəxsi katibi onu qorumaq üçün istifadə edilən təhlükəsizlik tədbirləri ilə bağlı əvvəllər məlum olmayan bəzi detalları açıqlayıb. Onun sözlərinə görə, qadın həyatı üçün real təhlükə olduğundan daim öz üzərində qan ehtiyatını gəzdirib.
Sfera.az bildirir ki, 1988-1996-cı illərdə Şahzadə Diananın şəxsi katibi işləmiş Patrik Cepson, kral ailəsinin bir üzvünü qorumaq üçün görülən həddindən artıq təhlükəsizlik tədbirləri haqqında ilk dəfə ictimaiyyət qarşısında danışıb.
"Xüsusilə xaricə və ya inkişaf etməkdə olan ölkələrə səyahət edəndə Diananın qan ehtiyatı ilə dolu kiçik bir soyuducu aparardıq" - deyə Cepson müsahibəsində bildirib.
Şahzadə Diananın təhlükəsizliyi
Həddindən artıq təhlükəsizlik tədbirləri şahzadənin həyatı üçün real təhlükələrlə bağlı idi.
Cepsonun sözlərinə görə, komanda mümkün fövqəladə hallara diqqətlə hazırlaşıb. Onların hər biri müayinə olunub ki, həkimlər lazım gələrsə, kimin donor ola biləcəyini bilsinlər.
Keçmiş katib şahzadə ilə işləməyin reallıqları haqqında:
"Bu, əlbəttə ki, qlamuru özündən çıxarırdı ”- deyə bildirib.
Ailənin münasibəti
Mənbə həmin dövrdə kral ailəsinin Dianaya münasibətini də tənqid edib.
"O, Britaniyanı təmsil edərək dünyanı gəzirdi və hər halda monarxiya üçün gözəl bir iş görürdü, lakin minnətdarlıq bir yana, çox az tanındı".
Onun fikrincə, kral ailəsi şahzadənin potensialını düzgün qiymətləndirmirdi.
"O, çox işləyən və heç bir dəstək şəbəkəsi, heç bir mentorluğu olmayan gənc tək ana idi. Düşünürəm ki, Şahzadə lazımi səviyyədə qiymətləndirilmədi. Onun necə sərvət olduğunu başa düşməmələri ayıbdır"- deyə Cepson yekunlaşdırıb.
Xatırladaq ki, şahzadə Diana 31 avqust 1997-ci ildə sevgilisi Dodi əl-Fayed və sürücüsü Henri Paul ilə birlikdə Parisdə avtomobil qəzasında həlak olub.
Aysel










