Süni intellektdən daha bir əngəl - Bu şəxslərin iş tapması çətinləşir

Süni intellektdən daha bir əngəl - Bu şəxslərin iş tapması çətinləşir
Kateqoriya məlum deyil
T

Stanford Universitetinin araşdırması göstərir ki, süni intellekt (AI) xüsusilə gənc mütəxəssislərin ABŞ əmək bazarında iş tapmasını çətinləşdirir.

 

Sfera.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, tədqiqat nəticələrinə görə, mühasibatlıq, proqramlaşdırma və inzibati dəstək kimi sahələrdə son üç il ərzində ilk səviyyəli mütəxəssislərin məşğulluğu 13% azalıb.

 

22-25 yaşlı işçilər arasında işə qəbulun azalmasına baxmayaraq, daha təcrübəli mütəxəssislərin məşğulluğu sabit qalıb və ya hətta artıb. Tibbi köməkçilər kimi texnologiya tələb etməyən sahələrdə isə iş yerlərinin sayı artıb.

 

Araşdırmanın müəllifləri, iqtisadçı Erik Brynjolfsson və Stanford Rəqəmsal İqtisadiyyat Laboratoriyasının ekspertləri bildirirlər ki, məlumatlar süni intellektin məhsuldarlığı artırmaq əvəzinə, başlanğıc səviyyəli işçilərin işini əvəz etdiyini göstərir.

 

Təhlildə “Automatic Data Processing Inc.”(ADP) şirkətinin on minlərlə şirkət üçün əmək haqqı qeydləri əsasında toplanan statistik məlumatlardan istifadə olunub. Lakin araşdırma hələ ekspert rəyindən keçməyib.

 

Stanfordun bu işi, xüsusilə ChatGPT-nin 2022-ci ildə istifadəyə verilməsindən sonra generativ süni intellektin əmək bazarına təsiri ilə bağlı aparılan tədqiqatları tamamlayır və gənc mütəxəssislərin perspektivlərinə olan təsirlərini göstərir.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya da süni intellektdən istifadənin tənzimlənməsi üçün qanun layihəsi hazırlamağa başlamışdı.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR