Logo

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın azad edilmiş ərazilərində həyat hər keçən gün canlanır. Artıq Şuşa şəhərində ictimai nəqliyyat – avtobuslar fəaliyyətə başlayıb. Şuşa yazısı ilə bəzədilmiş müasir avtobus şəhər sakinlərinin və gələn qonaqların istifadəsinə verilib. Şəhərin küçələrində hərəkət edən bu avtobuslar insanların rahat gediş-gəlişini təmin edir, bölgənin turizm və mədəniyyət mərkəzi kimi inkişafına xidmət edir.

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Sfera.az-ın əməkdaşı bu füsunkar şəhərdən fotoreportaj hazırlayıb.

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Şuşada müasir memarlıq üslubunda inşa olunmuş yeni binaları, şəhərin qədim simasına uyğun şəkildə ucaldılıb. Gündəlik həyat yenidən bərpa olunur, sakinlər və turistlər rahat şəkildə şəhərdə gəzə bilirlər. Küçələrdə gənclər, ailələr və ziyarətçilər görülür, bu isə şəhərə yeni nəfəs gətirir.

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ
Fotoreportajın digər görüntüləri isə Xankəndindən çəkilib. Burada yerləşən “Bizim dağlar” – “Qarabağlılar” abidəsini ziyarət edən çoxsaylı insanlar diqqət çəkir. Ziyarətçilər abidənin önündə şəkil çəkdirir, ailələri ilə birlikdə ərazini gəzirlər. Ətrafda sakitlik və azadlıq ab-havası hökm sürür.

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ
Bu kadrlar Qarabağda həyatın sürətlə bərpa olunduğunu, azad edilmiş torpaqlarda gündəlik həyatın normal axara düşdüyünü nümayiş etdirir. Bir vaxtlar müharibə səhnələrinin şahidi olmuş bu yerlər indi yenidən insanların gülüşü, səyahət həyəcanı və ümid dolu addımları ilə canlanır.

Bəsti Rəfizadə
Sfera.az

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

Şuşa və Xankəndidən yeni görüntülər - FOTOREPORTAJ

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR