"Xiaomi" elektrikli avtomobillərini satışa çıxaracaq

Tarixin ən yaxşı istehlakçı elektronika istehsalçısı kimi tanınan Çin texnoloji nəhəngi "Xiaomi" yaxın iki il ərzində Avropada yeni elektrikli avtomobillərini (EV) satmağa başlamağı planlaşdırır.
Sfera.az “Autocar”a istinadən xəbər verir ki, artıq Çində iki model təqdim edilib: 2023-cü ildə buraxılan SU7 sedan və tələbatı sürətlə artan YU7 SUV.
Qeyd edək ki, "Xiaomi Auto" öz daxili bazarında ən sürətlə böyüyən avtomobil markalarından biridir, təkcə son rübdə 80.000-dən çox avtomobil tədarük edilib ki, bu da illik təxminən 200% artım deməkdir. Bu isə tezliklə beynəlxalq miqyasda avtomobil ixracına başlamaq üçün zəmin yaradır.
Şirkətin prezidenti Uilyam Lu beynəlxalq mediaya bildirib ki, "Xiaomi Auto" 2027-ci ildə Avropanın elektrik enerjisi bazarına çıxmağı planlaşdırır.
Lu şirkətin Avropaya təqdim edilməsinin tədqiqat və hazırlıq mərhələsində olduğunu, tarix və model haqqında heç bir konkret məlumat olmadığını söyləyib.
Firuzə Əliyeva
Sfera.az






