Hətta “Google Maps”də də görünür: Antarktidadakı bu qapının sirri nədir?Hətta &ldquo;Google Maps&rdquo;də də görünür: <span style="color:#ff0000">Antarktidadakı</span> <span style="color:#ff0000">bu</span> <span style="color:#ff0000">qapının</span> <span style="color:#ff0000">sirri</span> <span style="color:#ff0000">nədir?</s
Kateqoriya məlum deyil20.08.25, 21:3070 👁️
T

“Google Maps”də hərdən maraqlı strukturlarla rastlaşa bilərik. Lakin Antarktidanın ortasında peyda olan nəhəng “qapı” görənləri heyrətə salır. İnternetdəki forumlardan birində paylaşılan bu kəşf bir çox nəzəriyyələrin diqqət mərkəzinə çevrilib.

 

Bəs, həqiqət nədir?

 

Sfera.az bildirir ki, bir interner istifadəçisi “Google Maps” vasitəsilə Şərqi Antarktidada böyük bir “qapı” kəşf etdiyini iddia edib. O, maraqlananlar üçün koordinatları paylaşıb: 69°00’50”S 39°36’22”E.

 

Darvazanın ətrafındakı yeganə ərazi Yaponiyanın tədqiqat bazası olan Showa stansiyasıdır. Bununla belə, stansiyanın sayta yaxın olması insanların beynində sualların daha da artmasına səbəb olub.

 

Bəs alimlər bu “qapı”nı necə izah edirlər? Nyukasl Universitetinin Glasiologiya professoru Bethan Davies “Google Earth Pro” vasitəsilə köhnə peyk görüntülərini təhlil edərək bunun əsl mahiyyətini ortaya çıxarıb.

 

Quruluş dəniz buzunda sıxışmış aysberqdir. Zamanla əriyib yerində oturub. Yaxınlıqdakı adalar və dayaz sular səbəbindən bu bölgədə buna bənzər çoxlu aysberqlər görə bilərsiniz.

 

Grantham İnstitutunun professoru Martin Siegert də qapının əslində tamamilə təbii bir formasiya olduğunu ifadə edib:

 

"Bu, sadəcə olaraq buz axınının yaratdığı təbii naxışdır. Bu, ərimə, yenidən donma və külək nəticəsində formalaşan bir quruluşdur. Görüntü maraqlıdır, lakin təəccüblü deyil".

 

Deməli, burada nə gizli hərbi baza var, nə də Antarktidada yadplanetlilərin evi var... Bu, sadəcə olaraq təbiətin formalaşdırdığı maraqlı buz əmələgəlməsidir.

 

Xanım

 

PAYLAŞ
Sehliyali
Yüklənir...