Məşhur müğənni səhvən evləndi - FOTO

Məşhur müğənni səhvən evləndi - FOTO
Kateqoriya məlum deyil
T

Məşhur müğənni Louis Tomlinson konsert səfəri zamanı İndoneziyada yaşanan maraqlı hadisə ilə gündəmə gəlib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Faith In The Future” albomu çərçivəsində Cakartada konsert verən Tomlinson imza günündə pərəstişkarlarına avtoqraf paylayarkən həyatının şokunu yaşayıb.

 

Belə ki, ona təqdim edilən sənədin nikah şəhadətnaməsi olduğunu anlamadan imzalayıb.


Hadisədən sonra sənədi uzadan pərəstişkar özünü “Louis Tomlinsonun həyat yoldaşı” kimi tanıdıb.


Bununla belə, İndoneziya qanunvericiliyinə görə nikahın rəsmi qüvvəyə minməsi üçün toy mərasiminin keçirilməsi şərtdir. Bu səbəbdən müğənninin xəbəri olmadan atdığı imzanın hüquqi etibarı olmadığı açıqlanıb.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR