Dünyanın ən zəngin qadını - Sərvəti 100 milyard dolları ötdü

Dünyanın ən zəngin qadını - Sərvəti 100 milyard dolları ötdü
Kateqoriya məlum deyil
T

Amerika Birləşmiş Ştatlarının pərakəndə nəhəngi "Walmart"ın qurucusu Sam Valtonun qızı Alice Valton, 101 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı qadını seçilib.

 

Sfera.az unikal-a istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazıb. 
 

Arkansas ştatından olan 75 yaşlı Valton, "L’Oreal"ın varisi Françoise Bettencourt Meyersi geridə qoyaraq siyahının zirvəsinə yüksəlib.


Sam Valton vəfat etməzdən öncə şirkət paylarını övladlarına ötürüb. Bununla da Alice Valton, qardaşları Rob və Jim Valton, eləcə də qardaşı oğlu Lukasla birlikdə təxminən 400 milyard dollarlıq ailə sərvətinin ortağı olub.

 

"Forbes"un məlumatına görə, 2024-cü ildə "Walmart" səhmələrinin 40 faiz bahalaşması Alice Valtonun sərvətini 28,7 milyard dollar artıraraq 101 milyard dollara çatdırıb.

 

Dünya üzrə milyarderlərin yalnız 13 faizi qadındır. Alice Walton-un hekayəsi isə bu nisbəti dəyişdirə biləcək nümunə kimi göstərilir.

 

Alice Valton sərvətini yalnız biznesə deyil, həm də sənətə və xeyriyyə işlərinə yönəldir. O, Andy Varhol, Norman Rokvell və Ceorcia O Kife kimi məşhur rəssamların əsərlərindən ibarət böyük kolleksiyaya sahibdir. Bundan əlavə, iyul ayında açılan Alise L. Valton Tibb Fakültəsi də onun şəxsi maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR