Təbiət və mədəniyyətin harmoniyası - Qazaxıstandan FOTOREPORTAJ

Təbiət və mədəniyyətin harmoniyası - Qazaxıstandan FOTOREPORTAJ
Kateqoriya məlum deyil
T

Qazaxıstan geniş səhraları, ucsuz-bucaqsız dağları, dərin gölləri və zəngin mədəni irsi ilə Asiyanın ürəyində fərqlənən bir ölkədir. Bu ölkə həm təbiət aşiqi səyahətçilər üçün, həm də tarix və mədəniyyət həvəskarları üçün unudulmaz təcrübələr vəd edir.

 


Sfera.az-ın əməkdaşı Qazaxıstana səfər edərək həm ölkənin təbiət möcüzələri, həm də tarixi-dini abidələri ilə bağlı geniş reportaj hazırlayıb.

 


Qeyd edək ki, Qazaxıstan ərazisinə görə dünyanın ən böyük ölkələrindən biridir. Qazaxıstanın ərazisi Azərbaycanın ərazisindən təxminən 31-32 dəfə böyükdür. Buna görə də bir səfər zamanı Qazaxıstanın bütün görməli ərazilərini, təbiət guşələrini gəzmək, maraqlı yerlərə baş çəkmək mümkün deyil. 

 


Budəfəki səfərdə əməkdaşımız Almatı vilayətində, Tyan-Şan dağlarının ətəyində yerləşən Kolsay gölü və Almatı şəhərində inşa edilən "Ascension" kilsəsində olub. 

 

 

Almatı vilayətində, Tyan-Şan dağlarının ətəyində yerləşən Kolsay gölü Qazaxıstanın ən məşhur turistik məkanlarından biridir. “Dağların incisi” adlandırılan bu göl həm təmiz havası, həm də füsunkar mənzərəsi ilə gələnləri valeh edir. Gölün sahilində insanlar milli geyimlərdə şəkillər çəkdirir, Qazaxıstan bayrağını dalğalandıraraq vətənpərvərlik ruhunu nümayiş etdirirlər.


Bölgədə qədim türk ənənələri də yaşadılır. Sakinlər dağlıq ərazidə ox atma yarışları təşkil edir, şahin quşları ilə foto çəkdirirlər. Bu, qəzəllər və atçılıqla yanaşı, qazax xalqının tarixən məşğul olduğu ovçuluq mədəniyyətinin də bu günədək yaşadığını göstərir. Milli geyimdə uşaqların və gənclərin də bu tədbirlərdə iştirak etməsi Qazaxıstanın adət-ənənələrinin gələcək nəsillərə ötürülməsinin bariz nümunəsidir.

 


Reportajın növbəti ünvanı Almatı şəhərində yerləşən "Ascension" kilsəsi olub. XIX əsrin sonlarında inşa edilən və dünyanın ən hündür pravoslav kilsələrindən biri kimi tanınan bu məbəd, memarlıq üslubu və dayanıqlığı ilə seçilir. Zəlzələlərə davamlı tikilən kilsə həm dini məkan, həm də mədəniyyət abidəsi kimi qorunur.

 


Kilsənin daxili interyeri xüsusi diqqət çəkir: zəngin ikonalar, qızılı ornamentlərlə işlənmiş ikonostas, freskalar və dini təsvirlər məkanın ab-havasını tamamlayır. İbadət zamanı din xadimlərinin xüsusi mərasim geyimlərində dua etmələri, mum işıqları altında xor ifalarının səslənməsi iştirakçılara dərin mənəvi təsir göstərib.

 


Kolsay gölündə qədim türk adətləri və milli irs yaşadılırsa, "Ascension" kilsəsi pravoslav dünyasının zəngin tarixi və memarlıq ənənələrini özündə birləşdirir.

 

Bəsti Rəfizadə
Sfera.az

 

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Gallery image 35
Gallery image 36
Gallery image 37
Gallery image 38
Gallery image 39
Gallery image 40
Gallery image 41
Gallery image 42
Gallery image 43
Gallery image 44
Gallery image 45
Gallery image 46
Gallery image 47
Gallery image 48
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
Thumbnail 35
Thumbnail 36
Thumbnail 37
Thumbnail 38
Thumbnail 39
Thumbnail 40
Thumbnail 41
Thumbnail 42
Thumbnail 43
Thumbnail 44
Thumbnail 45
Thumbnail 46
Thumbnail 47
Thumbnail 48
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR