Kosmosda ən qədim qara dəlik aşkarlanıb - FOTO

Kosmosda ən qədim qara dəlik aşkarlanıb - FOTO
Kateqoriya məlum deyil
T

Böyük Partlayışdan cəmi 500 milyon il sonra mövcud olmuş və yaşı 13 milyard ildən çox olan qara dəlik kəşf edilib.

 

Sfera.az xəbər verir ki, “Astrophysical Journal Letters” jurnalında dərc olunan məqaləyə görə, beynəlxalq alimlər qrupu “James Webb” Kosmik Teleskopunun müşahidələri nəticəsində bu qara dəliyi və ona aid qalaktikanı aşkarlayıb. Kəşf olunan obyekt “CAPERS-LRD-z9” kod adı ilə tanınır.


Məlumata əsasən, qara dəlik kainatın təxminən 13,8 milyard il əvvəl baş vermiş Böyük Partlayışdan yarım milyard il sonra yaranıb. Qalaktikanın və qara dəliyin xüsusiyyətləri alimlərə kainatın erkən dövrlərdəki vəziyyətini daha yaxşı anlamağa kömək edəcək.


Texas Universitetindən astronom Entoni Teylor bildirib ki, qara dəlik axtarışında bu, texnologiyanın imkan verdiyi ən uzaq nöqtədir:


“Mövcud texnologiyanın həqiqi sərhədlərini yoxlayırıq”.


“CAPERS-LRD-z9”, “Kiçik Qırmızı Nöqtə” adlanan qalaktika növünə daxildir. Bu ad qalaktikanın kiçik ölçülü olması və “James Webb”in infraqırmızı cihazları vasitəsilə qırmızı işıq yayırmış kimi görünməsi ilə əlaqələndirilir.


Texas Universitetindən digər astronom Stiven Finkelstayn isə bildirib ki, bu qalaktikalar “James Webb”in ilk məlumatlarında gözlənilməz şəkildə ortaya çıxıb:
“Hubble” teleskopunda gördüyümüz qalaktikalara bənzəmirdilər. İndi onların necə formalaşdığını öyrənməyə çalışırıq”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR