Altı dəfə ölüb dirilən kişi danışdı: “Çox üşüyürdüm”

Tanzaniyada yaşayan İsmayıl Azizi altı dəfə öldüyünü və hər dəfə yenidən həyata qayıtdığını bildirib. Həyat hekayəsi yerli sənədli filmdə yayımlanan İsmayılın danışdıqları tibbi dünyada təəccüb doğurub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ilk hadisə ağır iş qəzası zamanı baş verib. Həkimlər onun öldüyünü elan etsə də, morqa aparılarkən qəfil özünə gəlib.
Şahidlər qorxu içində onun “ruh” olduğunu düşünüb qaçıblar.
İkinci dəfə malyariya diaqnozu qoyulan Azizi, tabuta yerləşdirilmək üzrə olarkən ailəsinin gözü qarşısında oyanıb. Sonrakı hadisələrdə ağır yol qəzası keçirib, komaya düşüb və tabuta qoyulmaq istənilən anda həyat əlamətləri göstərib. Bir il sonra zəhərli ilan sancması nəticəsində öldüyü elan edilib, üç gün morqda qaldıqdan sonra yenidən sağ çıxıb.
Beşinci dəfə dirilməsi yerli əhali arasında onun “caduçu” olduğu inancını gücləndirib. Altıncı hadisədə isə kəndlilər tərəfindən diri-diri yandırılmağa cəhd edilib, ağır yanıq yaraları alsa da sağ qalıb.
Azizi insanların ondan qorxduğunu, evlənmədiyini və tək yaşadığını bildirib:
“İnsanlar məni bölgənin ən güclü caduçusu hesab edir. Hər dəfə geri döndükdə bədənim fərqli hiss verirdi. Mənə normal insan kimi yanaşmadılar, əksəriyyəti məndən qaçdı”.
O, morqda oyandığı bir anı da belə təsvir edib:
“Çox üşüyürdüm. Qapalı qutuda deyil, bir neçə insanın birlikdə olduğu yerdəydim. Ayağa qalxanda hamı mənə heyrətlə baxırdı”.
Bəsti Rəfizadə
Sfera.az







