Azərbaycanda sağ olan “Xalq yazıçısı” və “Xalq şairləri” - ADLAR

Azərbaycanda sağ olan "Xalq yazıçısı" və "Xalq şairləri" - ADLAR
Kateqoriya məlum deyil
T

Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatından sonra Azərbaycanda bu fəxri adı daşıyan qələm adamlarının sayı azalıb.

 

Azərbaycanda indiyə kimi xeyli “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adı almış yazarlar olub. Onların bir çoxu dünyasını dəyişib. Amma hazırda sağ olanlar da var.

 

Sfera.az modern.az-a isinadən xəbər verir ki, "Xalq yazıçısı” və “Xalq şairi” fəxri adları ilə bağlı sonuncu sərəncam 2019-cu ildə imzalanıb.

 

Prezidentin “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” 24 may 2019-cu il tarixli həmin sərəncamı ilə üç nəfərə “Xalq şairi” adı verilib. Bunlar Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqubdir. Üç nəfərə isə “Xalq yazıçısı” adı verilib - Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda.

 

Hazırda “Xalq yazıçısı” adını daşıyan və sağ qalan yazıçılarımız Anar Rzayev, Çingiz Abdullayev, Elmira Axundova, Kamal Abdulla, Natiq Rəsulzadə, Afaq Məsuddur. 

 

Həyatda olan “Xalq şair”lərimiz isə Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Vahid Əziz, Ramiz Rövşəndir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR