Universitetə qəbul olduğunu öyrəndi, komadan ayıldı

Universitetə qəbul olduğunu öyrəndi, <span style="color:#ff0000">komadan ayıldı</span>
Kateqoriya məlum deyil08.08.25, 09:5611 👁️
T

Çində tibb aləmini heyrətə gətirən bir hadisə baş verib. Komada olan 18 yaşlı qız Jianq Çennan ən böyük arzusunun gerçəkləşdiyini eşidəndən sonra möcüzəvi şəkildə özünə gəlib. Həkimlər müalicədə heç bir dəyişiklik olmamasına baxmayaraq, bu ani yaxşılaşmanı elmi cəhətdən izah edə bilmirlər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, iyulun 11-də Çinin Henan əyalətindən olan Jianq Çennan nadir və sürətlə irəliləyən beyin iltihabı (fulminant miokardit) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Vəziyyəti sürətlə pisləşib, huşunu itirib və süni nəfəs aparatına qoşulub. Onun ürəyi və ağciyərləri fəaliyyətini dayandırmışdı və həkimlərin bütün səyləri nəticəsiz qalmışdı.


Ümidlərin tükəndiyi bir vaxtda, ata xəstəxanaya gələrək qızına baş çəkir və özü ilə bir məktub gətirir. Komada olan qızının yanında, onun ən böyük arzusu olan universitetə qəbul olunduğunu bildirən məktubu ucadan oxuyur. Bu zaman ata qızının göz qapaqlarının yüngülcə titrədiyini görür.

 

Bu kiçik reaksiya möcüzəvi bir inkişafla müşayiət olundu. Növbəti səhər Jianq Çennan gözlərini açdı. Müalicəsində heç bir dəyişiklik olmasa da, vəziyyəti ağır olan gənc qadın qəfildən özünə gəlməyə başladı. 

 

Həkimlər qızın ürəyinin sağalmağa başladığını təsdiqləsələr də, onun həmin anda özünə gəlməsinin səbəbini izah edə bilmirlər. Ailəsi isə sağalmanın yeganə səbəbinin qızlarının ən böyük arzusunun gerçəkləşdiyini eşitməsi olduğuna inanır.

 

Altay

PAYLAŞ
Sehliyali
Yüklənir...