8 Avqust – Beynəlxalq Alpinizm Günüdür

8 Avqust – Beynəlxalq Alpinizm Günüdür
Kateqoriya məlum deyil08.08.25, 08:296 👁️
T

Bu əlamətdar gün dağ idmanı həvəskarlarını və peşəkar alpinistləri bir araya gətirərək, təhlükəli, lakin bir o qədər də həyəcanverici olan alpinizmin tarixi və inkişafını xatırladır.

 

Sfera.az xəbər verir ki, Beynəlxalq Alpinizm Günü ilk dəfə 1786-cı il avqustun 8-də Fransa və İsveçrə sərhədində yerləşən Monblan (Mont Blanc) zirvəsinə ilk uğurlu dırmanışın həyata keçirilməsi ilə əlaqədar təqvimə düşüb.

 

Həmin gün iki alpinist – Jak Balma və Mişel Pakar – tarix yazaraq Avropanın ən yüksək zirvəsinə qalxan ilk insanlar olublar.

 

Alpinizm təkcə fiziki güc və bacarıq deyil, eyni zamanda dözümlülük, ruh yüksəkliyi və təbiətlə harmoniyada yaşamaq fəlsəfəsini də özündə cəmləyir. Bu idman növü bir çox ölkədə inkişaf etdirilir və son illərdə Azərbaycanda da alpinizmə maraq artmaqdadır.

 

Azərbaycan dağlıq relyefə malik ölkə olaraq, həm yerli, həm də xarici alpinistlər üçün cəlbedici məkan hesab olunur. Xüsusilə Bazardüzü (4466 m), Şahdağ və Tufandağ kimi zirvələr alpinistlərin diqqət mərkəzindədir.

 

8 avqust yalnız dağ zirvələrini fəth edənlər üçün deyil, həm də sənaye alpinizmi ilə məşğul olanlar üçün bayram sayılır. Dünyada hər il göydələnlərin, hündürmərtəbəli binaların sayı daha da artır. Belə mütəxəssislər binaların fasadlarını və pəncərələrini yuyur, rəngləyir, təmir edir, qardan və buzdan təmizləyir, kondisionerləri montaj edirlər.

 

Bu gün münasibətilə bir çox ölkədə yürüşlər, zirvə qalxışları, sərgilər və seminarlar təşkil olunur.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...