Genetikada inqilab: DNT-ni sıfırlayan texnologiya hazırlandı

Genetikada inqilab: DNT-ni sıfırlayan texnologiya hazırlandı

Çinli alimlər həm bitki, həm də heyvan hüceyrələrində DNT-ni daha dəqiq və təsirli şəkildə dəyişdirməyə imkan verən iki yeni genom redaktə texnologiyası hazırlayıb.


Sfera.az xəbər verir ki, “EurekAlert” saytının xəbərinə görə, Çin Elmlər Akademiyasının Genetika və İnkişaf Biologiyası İnstitutunun alimləri bu sahədə geniş istifadə olunan və “Cre-Lox” kimi tanınan gen redaktə sistemində mövcud problemlərə həll tapıb. 


Yeni texnologiyalar sayəsində alimlər böyük DNT hissələrini dəqiqliklə yerləşdirə, zədələnmiş genləri tamamilə əvəz edə, xromosomları isə tərsinə çevirə və ya silə biliblər. Tədqiqatçılar bu texnologiyanın imkanlarını nümayiş etdirmək üçün herbisidə davamlı düyü növü yaradıb. 


Onlar bildiriblər ki, bu üsul gen mühəndisliyi və kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından böyük potensiala malikdir.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR