Kosmosa göndərilən şimpanze: NASA qəhrəmanının kədərli hekayəsi

Kosmosa göndərilən şimpanze: NASA qəhrəmanının kədərli hekayəsi

1961-ci ildə kosmosa göndərilən Ham adlı şimpanzenin bəşər tarixində unudulmaz yeri var. Amerikanın ilk astronavtını kosmosa göndərməzdən əvvəl həyata keçirilən bu sınaq uçuşu özündə böyük risk əks etdirirdi. Hamın uğurlu qayıdışı onu ani qəhrəmana çevirdi. Ancaq təəssüf ki, kosmos səyahətindən sonra yaşadığı həyat o qədər də parlaq olmadı. Hamın hekayəsi əslində texnologiya üçün qurban verilən həyatların simvolu kimi yaddaşlara həkk olunub.

 

Sfera.az bu maraqlı hekayənin təfərrüatları, NASA qəhrəmanı Ham haqqında yazını sizə təqdim edir.

 

Ham 1957-ci ildə Kamerunda anadan olub və cəmi iki yaşında olanda Holloman Hərbi Hava Qüvvələri bazasına gətirilib.

 

 

NASA-nın insanlı kosmos missiyalarına hazırlıq prosesində onun kimi ağıllı, tez öyrənən heyvanlar öyrədilib və sınaqdan keçirilib. 31 yanvar 1961-ci ildə Ham, Kanaveral burnundan Merkuri-Redstone raketi ilə buraxılıb. Planlaşdırılan uçuşun 185 km yüksəkliyə və saatda təxminən 708 km sürətə çatacağı gözlənilirdi. Lakin texniki problemlərə görə bu rəqəmlər aşıb; Ham 253 km yüksəkliyə və saatda təxminən 9.426 km sürətə çatıb.

 

Raket hədəf nöqtəsindən uzaqda çətin eniş edərək Atlantik okeanına düşüb. Buna baxmayaraq, Ham təqribən 6,6 dəqiqə sıfır cazibə mühitində qaldı və öyrədildiyi bütün tapşırıqları uğurla yerinə yetirdi. Qayıdanda müayinələr zamanı bir az yorğun və susuz olduğu aşkarlansa da, ümumi səhhətinin yaxşı olduğu bildirilir.

 

Hamın uğuru Amerikanın ilk insan astronavtı Alan Şepardın yolunu açdı və bu tarixi uçuş cəmi bir neçə ay sonra baş verdi.

 

 

Ancaq Ham üçün işlər o qədər də yaxşı getmədi. İki il sonra, 1963-cü ildə Ham Vaşinqton Zooparkına yerləşdirildi və burada olduqca tənha bir həyat sürdü. İllər sonra, 1980-ci ildə, o, Şimali Karolina Zooloji Parkına köçürüldü və 1983-cü ildə vəfat etdi. Hamın həyatının son 17 ili demək olar ki, tamamilə tək və bir növ sərgi kimi keçdi.

 

Ölümündən sonra onun skeleti Silahlı Qüvvələrin Patologiya İnstitutuna göndərilib, digər qalıqları isə Alamogordodakı Beynəlxalq Kosmik Şöhrət Zalının qarşısında torpağa tapşırılıb.

 

Hamdan əvvəl və sonra bir çox heyvan kosmosa göndərilib.

 

Albert I adlı rhesus meymunu ilk dəfə 1948-ci ildə kosmosa buraxılıb, lakin o, uçuş zamanı dünyasını dəyişib. Ardınca gələn II, III və IV Albert də müxtəlif qəzalarda ölüb. Sovetlər Layka kimi itləri kosmosa göndərdilər və Laykanın hekayəsi də, Ham kimi, olduqca kədərlidir, çünki o, uçuşunun ilk bir neçə saatında ölüb.

 

Hətta Fransa 1963-cü ildə Félicette adlı pişiyi kosmosa göndərmişdi.Hamın və digər heyvanların bu missiyalarda iştirakı bəşəriyyət üçün mühüm addımlar atsa da, onların yaşadıqları çətinlikləri nəzərə alsaq, hekayənin emosional tərəfini nəzərdən qaçırmaq mümkün deyil. NASA-nın da bildirdiyi kimi, bu heyvanlar bəşəriyyət üçün böyük fədakarlıqlar edərək kosmosun tədqiqinin təməl daşını təşkil ediblər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Şəmkirdə kanalda batan şəxslərin meyiti sudan çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması barədə məlum...

Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib

Azərbaycanın 2 sərbəst güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.   Sfera.az xəbər ve...

Putin Pezeşkianla telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti m...

Rusiya 1200 ukraynalının cəsədini geri qaytardı

Rusiya Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də daxil olmaqla, həlak olmuş daha 1200 ukraynalının cəsədini Ukraynaya təhvil verib.   Sfera.az xəbər...

Ermənilərin Bakı limanına eniş etməsi ilə bağlı rəsmi açıqlama

İsrailin İrana hava zərbələrindən sonra İran, İraq və İsrail hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri səbəbindən 13 beynəlxalq aviaşirkətə məxsus tə...

Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib?

Son günlər sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevin vaxtından əvvəl polkovnik-leytenant...