40 il sivilizasiyadan kənar qalmış Lıkovlar ailəsinin şok hekayəsi

40 il sivilizasiyadan kənar qalmış Lıkovlar ailəsinin şok hekayəsi

1978-ci ilin yayında Rusiyada Cənubi Sibir meşələrində mineral kəşfiyyat ekspedisiyası alimləri heyrətə gətirib.

 

Sfera.az bu yazıda sizə 40 il sivilizasiyadan kənar qalmış Lıkovlar ailəsinin şok hekayəsini təqdim edir. 

 

Helikopterlə kəşfiyyat aparan pilot Abakan çayı yaxınlığında dağın yamacında kiçik bir daxma görüb. Ən yaxın qəsəbədən 150 kilometr aralıda yerləşən bu daxma indiyədək heç bir xəritədə görünməmişdi. Quruya düşən elm adamları daxmaya çatmaq üçün saatlarla çətin yürüşlə getməli olublar. Qapı açılanda beş nəfərlik və 40 illik sivilizasiyadan təcrid olunmuş bir ailə var idi.

 

Bu adamların meşədə nə işi vardı?

 

Daxmada yaşayan şəxs Karp Lıkov idi. Onunla birlikdə dörd övladı var idi: Savin, Natalia, Dmitriy və Agafia. Lıkovlar ailəsi 1936-cı ildə Rusiyada dini təqiblərdən xilas olmaq üçün sivilizasiyadan uzaqlaşmaq qərarına gəlib. Köhnə inanclara bağlı bir təriqət olan “Köhnə İnananlar”ın üzvü olan Karp qardaşı bolşeviklər tərəfindən öldürüldükdən sonra ailəsi ilə birlikdə meşənin dərinliklərinə qaçıb.

 

Ailə yollardan, elektrikdən və ya hər hansı bir həyat əlamətindən uzaq idi. Kiçik taxta daxma bir ailənin, o cümlədən zaman keçdikcə ər-arvadın və onların doğulan uşaqlarının yeganə sığınacağı olub.

 

40 il necə sağ qaldılar?

 

Lıkovlar ailəsi təbiətin təklif etdiyi hər şeylə kifayətlənməli, xarici aləmdən tamamilə təcrid olunmuş həyat sürməli idi. Yemək ehtiyaclarını kartof, şam qozası, çöl meyvələri və tapa bildikləri kiçik heyvanlarla təmin edirdilər. Paltarları cırılanda kətan liflərindən və ağcaqayın qabığından paltar tikirdilər.

 

Dəmirdən hazırlanmış qazan və tavalar zamanla xarab olanda, Akulina Lıkov qabıqlardan qablar hazırlamağa çalışıb. Ancaq zaman keçdikcə imkanlar getdikcə azalmağa başlayıb. 1961-ci ildə güclü qar onların bütün məhsullarını məhv edərkən, Akulina ailəsini aclıqdan xilas etmək üçün öz həyatını qurban verdi. Uşaqlar xarici dünyanı ancaq atalarının dediyi qədər bilirdilər.

 

Alimlərin ilk səfərində Karp Lıkov ehtiyatla, lakin qonaqpərvərliklə onları içəri dəvət edib. 

 

Komanda zaman keçdikcə etibar qazandıqca, ailənin hekayəsini daha ətraflı öyrənməyə başlayıblar. Karp xarici dünyanın varlığını qəbul etsə də, heç vaxt geri qayıtmağı düşünmürdü. Onların İkinci Dünya Müharibəsi, nüvə bombaları və ya şəhər həyatının səs-küyü haqqında heç bir təsəvvürləri yox idi. Alimlər onlara müxtəlif hədiyyələr, o cümlədən duz, kibrit, kağız, karandaş və fənərlər gətiriblər. Amma bu yardım belə ailənin qərarını dəyişməyə kifayət etməyib.

 

1981-ci ildə Savin, Natalya və Dmitri qısa müddətdə ard-arda vəfat edib. 1988-ci ildə isə ata Karp Lıkov vəfat edib. Lakin onların kiçik qızı Aqafiya hələ də doğulduğu daxmada yaşayır. 2025-ci ilə kimi, 81 yaşı olan Aqafiya Lykov hələ də sivilizasiyadan kənarda yaşayır, lakin öz inanclarına və həyat tərzinə sadiqdir.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...