Mayın sonu bu bürclərin həyatı dəyişəcək - ADLAR

Mayın sonu bu bürclərin həyatı dəyişəcək - ADLAR

Astroloji mənzərəyə görə bu həftə fərqli bürclərə müxtəlif istiqamətlərdə çağırışlar və fürsətlər gətirəcək. Həftənin enerjisi bəzi bürclər üçün qərarvermə və liderlik vaxtı, digərləri üçün isə emosional tarazlıq və empatiya ehtiyacını qabardacaq.


Sfera.az astroloqların fikirlərinə əsasən xəbər verir ki, bu həftə impulsiv qərarlardan çox, planlı yanaşma tələb edir.


Qoç: Bu həftə layihələr və gündəlik işlər üçün enerji partlayışı gətirir. Bu bürc altında doğulanlar yeni fikirlər tapmaq üçün yeni enerjilərə sahib olacaqlar. Yeni şeylər öyrənmək və bacarıqlarını inkişaf etdirmək arzusu güclü olacaq. Ünsiyyət tərzinə və kommunikasiyalara diqqət yönəldib, bunları inkişaf etdirməyə çalışacaqlar.


Buğa: Maddi mövzular diqqət mərkəzindədir. Qərarları tələsmədən, analizlə vermək tövsiyə olunur. Əgər əvvəlki dövrlərdə maliyyə məsələlərində qeyri-müəyyənlik yaşamışdılarsa, indi bu sahədə sabitlik və təhlükəsizlik yaratmaq üçün addımlar ata bilərsiniz.


Əkizlər: Yeni tanışlıqlar və ideyalar üçün fürsət olacaq. Əkizlər üçün doğum ayının enerjisi davam edir. Əlaqə qurmaq və özünü ifadə etmək üçün əlverişli zamandır.
Xərçəng: Keçmişlə bağlı suallar yenidən üzə çıxa bilər. Hisslər aktivləşir. Xərçənglər üçün emosional yükü anlamaq və rahatlamağa çalışmaq önəmlidir.


Şir: Bu həftə Şirlər liderlik bacarıqlarını nümayiş etdirə bilər. Sosial layihələr və iş birlikləri diqqət çəkir.


Qız: Qız bürcünün əsas gücü bu həftə aktivləşir. Dəqiqlik tələb edən işlərdə uğur mümkündür.


Tərəzi: Estetik duyğular güclənir, münasibətlər istiləşir. Yaradıcı fəaliyyət və romantik jestlər üçün əla vaxtdır. Tərəzilər üçün harmonik bir həftə gözlənilir.


Əqrəb: Əqrəblər bu həftə daxili təhlillə məşğul ola bilər. Qəbul etmək istəmədikləri həqiqətlər üzə çıxa bilər.


Oxatan: Sürprizlər və səyahət planları gündəmdədir. Macərapərəst ruh oyanır. Oxatanlar üçün hərəkət və yenilik əhəmiyyət daşıyır.


Oğlaq: İş və məsuliyyətlər artsa da, düzgün planlama ilə uğur qazanmaq mümkündür. Diqqəti qorumaq vacibdir.


Dolça: Dost çevrəsi və ictimai fəaliyyətlərdə Dolçalar öz sözlərini deməyə hazırdır. Səmimi əlaqələr güclənir.


Balıq: Balıqlar üçün bu həftə ruhani mövzulara toxunmaq, sənət və təbiətlə təmas faydalı ola bilər.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...