Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bildirib. Xüsusilə, o, təhlükəsizlik məsələlərinə görə təyyarə qalxmazdan əvvəl, eləcə də enişdən əvvəl mürgüləməməyi məsləhət görür.

 

Sfera.az bildirir ki, stüardessanın sözlərinə görə, əksər sərnişinlər təyyarədə olarkən davranış qaydalarını tez-tez pozurlar. Sərnişinlərin etməməli olduğu şeylərdən biri də havaya qalxıb enməmişdən əvvəl yuxuya getməkdir.

 

"Gəlin təyyarədə etməməli olduğunuz şeylərdən danışaq. Birincisi, uçuşdan və ya enişdən əvvəl heç vaxt yuxuya getməməkdir. Bilirəm ki, səyahət yorucu ola bilər, bəzən sadəcə təyyarəyə minib dərhal yatmaq istəyirsən, amma inanın mənə - bunu niyə etməməli olduğunuzu bilmək sizin üçün vacibdir" - stüardessa deyir.

 

Onun sözlərinə görə, ən yüksək səslər təyyarə uçuş-enmə zolağına gedən zaman eşidilir. Həmçinin, təyyarə havaya qalxmazdan və ya yerə enməzdən əvvəl, fövqəladə vəziyyət yaranacağı və təcili olaraq təyyarəni tərk etməli olduğunuz halda hər zaman diqqətli olmalısınız.

 

"Mən yanınızda olan spirtli içkiləri içməyi məsləhət görmürəm. Bu, bir sıra ölkələrin qanunlarına ziddir və biz, stüardessalarınız üçün məsuliyyətlə qəbul etdiyinizə əmin olmaq vacibdir" - deyə qadın əlavə edir.

 

10 illik təcrübəsi olan stüardessa həmçinin təyyarədə ayaqyalın gəzməməyi məsləhət görür. O, bunu laynerin bəzi hissələrinin tam təmiz olmaması ilə izah edir.

 

"Əgər siz oturduğunuz yerə yaxın yerdə ayaqqabılarınızı çıxarmaq qərarına gəlsəniz, bu adi bir şeydir. Amma koridorlarda və ya tualetdə heç vaxt ayaqyalın gəzməyin. Çünki nəyə və kimin üzərinə basa biləcəyinizi heç vaxt bilmirsiniz və təyyarənin döşəməsi həmişə təmiz olmaya bilər"- deyə stüardessa bildirir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Foto və videoları silmədən telefon yaddaşını necə boşaltmaq olar? - SADƏ ÜSULLAR

Müasir dövrdə smartfon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün vacib məlumatlar məhz onun yaddaşında saxlanılır. Ancaq bəzən ən gözlənilməz anda yaddaş t...

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

İyunun 18-dən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır.   Sfera.az xəbər verir ki, sertifikatlaşdırma pros...

Sumqayıtda iki qadını avtomobil vurdu, biri öldü

Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.   Belə ki, &quo...

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə etdilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...