Hadisə biganə qalmadı, xoreoqrafın işinə son verdi

Hadisə biganə qalmadı, xoreoqrafın işinə son verdi

Tanınmış türkiyəli sənətçi Hadisə çalışdığı rəqs məktəbində baş verən təcavüz və mobbinq iddialarından sonra dərhal araşdırma aparıb.

 

Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, məktəbdə təhsil alan bir neçə rəqqasə sosial şəbəkələrdə təcavüz və psixoloji təzyiqlərə məruz qaldıqlarını açıqlayıblar.

 

Hadisə bu xəbərlərin ardından öz komandasındakı rəqqasələrlə əlaqə saxlayaraq iddiaların doğruluğunu araşdırıb.


Bəzi rəqqasələrin təcavüz iddialarını təsdiqləməsindən sonra Hadisə konsertlərin səhnə quruluşuna cavabdeh olan rəqs məktəbinin qurucusu və xoreoqraf Ömər Yeşilbaşla əməkdaşlığı dayandırıb.


Hadisənin bu addımı sənət dünyasında hörmətlə qarşılanıb və onun belə hallara qarşı sərt mövqe tutması alqışlanıb.


Bəsti Rəfizadə

Sfera.az


OXŞAR XƏBƏRLƏR