"Böyük Partlayış"a inam azalır - Kainat necə yaranıb?

"Böyük Partlayış"a inam azalır - Kainat necə yaranıb?

Elm dünyasının son 60 ildə kainatın başlanğıcını izah etmək üçün əsas götürdüyü "Böyük Partlayış" nəzəriyyəsi öz aktuallığını itirir. Yeni bir nəzəriyyə, kainatın tək bir partlayışla yaranmadığını, əksinə bir çox kiçik və sürətli partlayışlarla böyüdüyünü irəli sürür. Bu yeni yanaşma, bu gün gördüyümüz kainatın strukturlarını daha asanlıqla izah edə bilər.


Sfera.az "NTV"yə istinadən xəbər verir ki, Alabama Universitetinin professoru Riçard Lieu kosmologiyanın ən köklü və uzun müddətdir qəbul edilən nəzəriyyələrindən birinə qarşı çıxır.

 

Lieu partlayışların hər birinin kosmosa yeni maddə və enerji yaydığını, bu maddələrin isə planetləri, ulduzları və qalaktikaları yaratdığını irəli sürür.
"Böyük Partlayış" nəzəriyyəsi isə kainatın çox sıx və yığılmış maddə və enerjinin sonsuz dərəcədə kiçik, isti bir nöqtə olaraq başladığını və bu nöqtənin sürətlə genişlənən maddə və enerji axınına çevrildiyini irəli sürür. 


"Böyük Partlayış" nəzəriyyəsi 1960-cı illərdən bəri kainatın mənşəyi haqqında qəbul edilən izahdır. Lakin Lieu, öz nəzəriyyəsinin bu məhdudiyyəti aşdığını və kainatın yaranışı üçün yeni bir çərçivə təqdim etdiyini düşünür.


Lieunun sözlərinə görə, bu nəzəriyyə, bu gün gördüyümüz kainatın strukturunu və qaranlıq maddəyə ehtiyac olmadan nə üçün sürətlə genişlənməsini izah edə bilər. "Böyük Partlayış" nəzəriyyəsinə görə, qaranlıq maddə, kainatdakı bütün strukturları bir arada tutan görünməz “skelet”dir, qaranlıq enerji isə kainatın getdikcə daha sürətli genişlənməsini təmin edən tapılmayan bir qüvvədir.


Bu sirli maddələrin var olduğunu qəbul etmədiyimiz halda, bu nəzəriyyə çökə bilər. Kainatın genişlənmə sürətinin artdığını göstərən müşahidələrə görə, qaranlıq enerjiyə ehtiyac duyulur.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Milli Qurtuluş Günündə konsert olacaq

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim ediləcək. ...

İsrailin müdafiə naziri: İran bütün qırmızı xətləri keçdi

İsrailin müdafiə naziri İsrael Katz İranın mülki yaşayış məntəqələrinə zərbələr endirdiyini deyib: “İran İsraildəki mülki hədəflərə raketlər atmaqla bütün...

İran raketlərindən bir neçəsi İsrailin MTN binasına dəydi

İranın atdığı ballistik raketlərdən bir neçəsi İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib.   Sfera.az xəbər verir ki, bu barədə İRNA ag...

Azərbaycanda xərçəng xəstələrinin sayı niyə çoxalır? - VİDEO

"Xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur"   Sfera.az xəbər verir ki, bunu Səhiyyə naziri Teymur Musayev deyib. Nazir bildi...

İran iki İsrail təyyarəsini vurdu, qadın pilot ələ keçirildi

İran ordusu İsrailə məxsus iki F-16 və bir neçə PUA-nın məhv edildiyini təsdiqləyib.   Sfera.az xəbər verir ki, ordudan verilən məlumata görə israill...

Radiasiyanın yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunub

İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunub.   Sfera.az ...