Papanın keçmiş peşəsi və sərvəti hamını təəccübləndirib

Katoliklərin ruhani lideri olan Papa Fransiskin ölümü xristian dünyasını matəm içində yaşatsa da, onun keçmiş peşəsi və qoyub getdiyi sərvəti də eyni dərəcədə təəccübləndirib.
Sfera.az xəbər verir ki, 2013-cü ildə Roma Katolik Kilsəsində vəzifəyə başlayan və əsl adı Xorxe Mario Berqoglio olan Papa Fransisk gənclik illərində barlarda qapıçı olub.
İtaliya əsilli Argentinalı ailənin oğlu olan Papa Fransisk kimya təhsili alıb, eyni zamanda yerli barlarda qapıçı işləyib.
17 yaşında kilsəyə girən və günahlarından təmizlənən Papa Fransisk ailəsinin etirazına baxmayaraq keşiş olmağa qərar verib.
Keçmiş peşəsi hər kəsi təəccübləndirsə də, başqa bir maraqlı mövzu Papanın geridə qoyduğu sərvət olub. Böyük şəxsi sərvəti olmayan Papa Fransisk geridə cəmi 100 dollar sərvət buraxıb.
Maaşı olmayan Papa Fransisk bütün yaşayış xərclərini Vatikandan qarşılayırdı.
Altay